Qaraçay- Çərkəz

Qaraçay- Çərkəz
Tarix :

12-01-2022, 13:27

Qaraçay-Çərkəz Respublikası — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Paytaxtı Çerkessk şəhəridir.

Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il - 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il - 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır. Üzvlərinin sayı 73 nəfərdir. Xalq Yığıncağının üzvləri 4 ildən bir respublika əhalisinin 18 yaş və daha yuxarı qisminin ümumi, bərabər, birbaşa və gizli səsverməsi ilə seçilir. 

Respublikanın ərazisi 14,277 км²-dir. Respublika ərazisinin 80%-i dağlıq ərazidir. Respublika su ehtiyyatı ilə zəngindir. Beləki, respublika ərazisində buz mənşəli 130 dağ gölü yerləşir və irili-xırdalı 172 çay axır. Çaylardan ən iriləri Kuban, Urup, Laba, Kİçik və Böyük Zelençuq çaylarıdır. Respublika ərazisinin 416,201 hektarı meşələrlə örtülüdür. 

2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikada 439.470 nəfər əhali yaşayır .

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ