Kabarda-Balkar

Kabarda-Balkar
Tarix :

12-01-2022, 11:28

Kabarda-Balkar Respublikası RF-də, Şimali Qafqazda, Qafqaz dağlarının şimal ətəklərində, Terek Çayı hövzəsində yer alır. Şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz Respublikası, şimalında də Stavropol Kray olur. Ərazisi 12.500 km2, 2002-ci ildə əhali 901.494 nəfər idi.

2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən respublikanın 901.494 nəfər əhalisi var. 

Respublikanın paytaxtı Nalçık şəhəridir. Türklər əsasən dağlıq və vadilik bölgələr olan Çerek, Çeğen, Baksan, Malki və Terek ətrafında yaşayırlar.

Öz aralarında Mezengi, Bezingil, Hulamlı, Çezimli, Baksamlı kimi qollara ayrılan Balkarlılar müsəlman olub, Türk dil qrupunun Altay qoluna bağlıdırlar. Özlərinə Dağlı “Tavlu” da deyən Balkarlılar İkinci Dünya müharibəsində Stalinin qanlı sürgününə məruz qalmışlar, sürgün illərində minlərlə şəhid vermişlər, 1950-ci illərdə bağışlanılaraq ölkələrinə dönə bilmişlər.

2012-ci ildə aparılan rəsmi araşdırmalara görə Kabardino-Balkarya əhalisinin 55%-i islam dini, 15.6%-i  pravoslav dini, 3%-i həbzə dini və 10%-i isə digər xristian məzhəblərinə etiqad edirlər. Bundan başqa, əhalinin 5.4% isə ateist və digər dinlərə sitayiş edir.

Qızıl Orda və Krım xanlıqlarının suverenliyi altında qaldıqdan sonra, XV əsrin sonlarında Krım xanlığı ilə birlikdə Osmanlılarabirləşən Balkarlar 1827-ci ildə rusların suverenliyinə girdilər. 1917-ci il Oktyabr sosialist inqilabından sonra, Karaçaylarla birlikdə Şimali Qafqaz Müstəqil Respublikasında birləşdilər. 1921-ci ildə də Kabartay muxtar vilayətinə qoşuldular.

Balkarlar II Dünya müharibəsi zamanı faşist Almaniyası ilə əməkdaşlıq etdikləri üçün 1944-cü ildə Stalin tərəfindən sürgün edildilər. Bu sürgündən (bu soyqırım zamanı xalqın böyük bir qismi aclıq və səfalətdən ölmüş, bir qismi yurdlarına geri dönə bilməmişdir, 1957-ci ildə də Xruşşov Balkarlara haqqlarını geri qaytarmışdır) sonra balkarların da yaşadığı Kabardey-Balkar Muxtar Sovet Sosialist Respublikasının adından “Balkar” kəlməsi çıxarıldı. Bu bölgə 1957-ci ilə qədər Kabardin Muxtar Sovet Sosialist Respublikası olaraq adlandırıldı. Bu tarixdə balkarların dönməsinə icazə verildikdən sonra, bölgə yenidən köhnə adını aldı. Balkarlar Sovetlər İttifaqının dağılmasının ardından, eyni respublikada yaşadıqları Kabardeylərlə müxtəlif anlaşılmazlıqlar yaşadılar. Rusiya Federal Qanunlarına əsasən, parlamentdə əksəriyyətə sahib olan Kabardeylər yerli qanunlar çıxararaq, Balkar kəndlilərinin torpaqlarını əllərindən almağa çalışır, Balkarları sıxışdırır və bu səbəbdən də bölgədə gərginliklərin yaşanmasına səbəb olurlar. Kabardeylərin bucür davranışları Balkarları özlərinə müstəqil bir respublika qurmağa məcbur edir. Bununla belə, indiki vaxtda Balkarlar Kabardeylərlə birlikdə eyni respublika içində yaşayırlar

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ