Xakasiya

Xakasiya
Tarix :

12-01-2022, 10:47

Xakasiya - Rusiya Federasiyası subyektlərindən biridir.

Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Hakasya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. 

Türkcə danışan xakasların əsl adı koraylardır (Hooraylar). Xakaslar – Kaçinlər (Haaş, Haas) Sogaylar, Kızıllar və Koybollar (Hoybollar) daxil olmaqla, dörd boy olub və bu dörd qrupun da ortaq adı Xakasdır. Xakas dili Türk dilinin Uyğur-Oğuz qrupuna daxildir. Öz dilinə, öz mədəniyyətinə və ənənələrinə bağlı olan Xakasiyada universitet, texniki institut, dil, tarix və ədəbiyyat araşdırmaları institutları fəaliyyət göstərir. Müxtəlif mədəniyyət və sənət quruluşları, 4 teatrı, kitabxana və muzeyləri, musiqi və incəsənət məktəbləri mövcuddur.

Xakasiya torpaqları VI əsrdə Yenisey Qırğızlarının hökmranlığı altında idi. XIII əsrdə monqol axınlarından sonra Qırğız xalqının əksəriyyəti Orta Asiyayanın cənub-qərbinə köç edərək indiki Qırğızıstana yerləşdi. 

Xakaslar 1800-cü illərdə Rus İmperatorluğuna qatılmış, 1930-cu ildə muxtar bölgə statusu almışlar. 1992-ci ildən isə muxtar Respublika olmuşdur. Xakaslar qədim şamanizm inancına bağlıdırlar.

Xakasların 2 min ili aşan tarixləri onların bir Qırğız qrupu olduğunu göstərir.

Xakas dilin uyğur dilinə yaxındır. Bu gün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol dili və Çin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq V. Radlovun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur. 2021- ci ildə aparılan araşdırmalara görə əhalisi 532.036 nəfər olduğu təxmin edilir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ