Azərbaycan dilinin tarixi

Azərbaycan dilinin tarixi
Tarix :

21-01-2018, 16:17

Qəzənfər Kazımov Altı fəsildən ibarət olan bu kitabda ulu dilin təşəkkülü və protodillərə ayrılması, protodillərin dialekt parçalanması əsasında dil ailələrinin yaranması, şumer-türk varisliyi, e.ə. III-I minilliklərdə protoazərbaycan dilinin inkişaf yolu – Azərbaycanda etnik tərkib və dil məsələləri, ümumxalq Azərbaycan dilinin (III-V əsrlər), sonrakı mərhələdə (VI-VIII əsrlər) Azərbaycan şifahi ədəbi dilinin formalaşmasını şərtləndirən amillər nəzərdən keçirilmiş, ilk dəfə olaraq təşəkkül dövrünün ölməz abidəsi olan “Dədə Qorqud”un dilinin sintaktik quruluşu geniş tədqiq edilmişdir. Son fəsil Azərbaycan yazılı ədəbi dilinin meydana çıxma tarixinə həsr olunmuşdur.

Bu çapda əsərin üzərində yenidən işlənmiş və о, yeni faktlarla zənginləşdirilmişdir. Kitab ali məktəblərin müəllim və tələbələri, gənc elmi işçilər, Azərbaycan xalqının tarixi və dilinin mənşəyi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ