Macarıstan

Macarıstan
Tarix :

11-01-2022, 16:10

Macarıstan — Mərkəzi Avropada dövlət. Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləriailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərlərə Debreçen, Seqed, Mişkolç, Peç və Dyor daxildir.

Müasir Macarıstan ərazisi uzun əsrlər boyunca müxtəlif xalqlar tərəfindən məskunlaşmış ərazi hesab olunur. Belə ki, bu ərazidə müxtəlif vaxtlarda keltlər, qədim romalılar, qədim germanlar, hunlar, slavyanlar və avarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyini işğal etdi və nəticədə həmin ərazidə macar dövlətinin əsası qoyuldu. 12-ci əsrə qədər regional güc olaraq öz mövqeyini qoruyan Macarıstan 15-ci əsrdə özünün mədəni və siyasi yüksəliş dövrünü yaşadı. 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində Macarıstanın bir hissəsi Osmanlı İmperiyası tərəfindən işğal olundu. Macarıstan 18-ci əsrin əvvəllərində Habsburqlar sülaləsinin idarəçiliyi altına keçsə də, sonradan Avstriya ilə birləşərək Avropanın əsas gücü hesab olunan Avstriya-Macarıstan İmperiyasını formalaşdırmışdır. Macarların əcdadlarının böyük əksəriyyəti Ural-Altay/ fin-uqor tayfalarından olan Hun-Ugor qövmləridir. Ugor tayfalarına Hunlardan bəzi boylar qarışmışdır. Qarışan bu üç qövm Xəzərlərin hegemonluğunu qəbul etmişdir.

Birinci dünya müharibəsi başa çatdıqdan sonra Avstriya-Macarıstan İmperiyası da digər məğlub dövlətlər kimi parçalandı. 4 iyun 1920-ci ildə imzalanmış Trianon sülh müqaviləsi nəticəsində Macarıstanın indiki sərhədləri müəyyənləşdirildi. Beləliklə, bu sülh müqaviləsi ilə birlikdə ölkə ərazisinin 71%-ni, əhalisinin 58%-ni itirdi və etnik macarların 32%-i buranı tərk etdi.İkinci dünya müharibəsizamanı Berlin-Roma-Tokio oxuna qoşulan Macarıstan çox böyük itkilər verdi, ölkədə dağıntılar baş verdi. Müharibədən sonra Macarıstan Sovet İttifaqının peyk dövlətinə çevrildi və nəticədə, ölkə ərazisində 40 ilə yaxın davam edən sosialist hakimiyyətinin əsası qoyuldu. Ölkə 1956-cı ildə baş vermiş Macar inqilabı sayəsində beynəlxalq diqqəti özünə cəlb etməyi bacardı. 1989-cu ildə Avstriya ilə sərhədin açılması hadisəsi Şərq blokunun dağılması prosesinə təkan verdi. Macarıstan 23 oktyabr 1989-cu ildə demokratikparlamentli respublika elan olundu. 

21-ci əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə Macarıstan 191 ölkə arasında ÜDM-nin həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşmışdır. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.

Macaristan inzibati olaraq 19 elə (megye) ve 1 paytaxt şəhərə (főváros) Budapeştə bölünməkdədir. 

ÜDM görə adambaşına düşən orta illik gəlir 13.487 ABŞ dolları. (2015) 

İxracat əsaslı iqtisadiyyata sahib olan Macarıstan, beynəlxalq iqtisadi konjonktürün yaratdığı risklərə açıqdır. Xarici ticarətinin böyük bir hissəsini AB ölkələri ilə edir. Əsas məhsul qruplarına görə xarici ticarət əlaqələrində maşınlar, elektron əşyalar və nəqliyyat vasitələri ölkənin idxal və ixracatında əsas sektorlar olaraq ön plandadır. Idxalatın təxminən 50%-ni, ixracatın isə 60%-ni bu üç sektor təşkil edir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ