Böyük Səlcuq İmperiyası

Böyük Səlcuq İmperiyası
Tarix :

12-01-2018, 17:35

Böyük Səlcuq İmperiyası (1038-1157) — Oğuz Türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən nəhəng Türk dövləti. Paytaxtı Həmədən şəhəri olub.

Səlcuq türkləri Qınıq boyuna mənsubdur. Tarixçi Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix" əsərində Oğuz boylarının siyasi və ictimai mövqelərinə aid tərtib edilmiş cədvəldə qınaqlar sonuncu yerdə göstərilmişdir. Sülalənin əsasını qoyan Səlcuqun atası "dəmir yaylı" ləqəbi daşıyan "Dukak" olmuşdur. Dukak və oğlu Səlcuq oğuzlar arasında tanınmış şəxsiyyətlərdən idi. 

Səlcuq hökmdarı olan Səlcuqun adı tələffüz baxımından münaqişələrə səbəb olmuşdur. J.Marquart adın bu cür deyilişini düzgün hesab etmiş və adın bu cür düzgün olduğunu XIII əsr tarixçisinin əsərini göstərməklə sübut etmişdir. Mahmud Kaşğari də Səlcuq şəklinin ən düzgün tələffüz hesab edərək, sonrakı türk mənbələrində də bunu açıqlamışdır. Daha sonra bu məsələ ilə maraqlanan L.Rasonyi XII əsr ərəb yazıçısı əl-Əzimi və farsca "Enesi-il-külüb" əsərinin müəllifi olan Qədi Burxan Ənəvini mənbə kimi göstərərək adın Səlcüq olmasını tələb etmişdir. 

Səlcuq adının "kiçik sel" mənasını verdiyini irəli sürən Rasonyiyə görə, Səlcuq Orta Asiyada Sel-dağ yaxınlığında dünyaya gəlmiş və adını da bu dağdan götürmüşdür. Digər tərəfdən P.Pelliot bu adın, türk dilində "mübarizəçi"mənasını verdiyini yazır. 

XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində mühüm bir hadisə baş verdi. Həmin dövrdə Böyük Səlcuq imperiyası yarandı. Səlcuqlar oğuz türklərinin Qınıq boyundan idilər. Bu tayfanın başçısı Dükak bəyin oğlu Səlcuq bəy idi. Sonradan bütün tayfa onun adı ilə Səlcuq türkləri adlanmağa başlandı. Oğuz Yabqu dövlətində sübaşı (ordu başçısı) vəzifəsində olan Səlcuq bəy Oğuz Yabqusu ilə aralarında olan narazılığa görə öz tərəfdarları ilə 960-cı ilə Seyhun çayının sahilində olan Cənt şəhərinə getdi. Səlcuq bəy İslam dinini qəbul etdi və Oğuz dövlətinə tabe olmaqdan imtina etdi.

Sonra səlcuqlar Məsudun Hindistana yürüşdə olmasından istifadə edərək Bəlx, Tus, Gürgan və Mərvi tutdular. Məsudun göndərdiyi 30 minlik ordunu məğlub edən səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapuru ələ keçirərək 1038-ci ildə Səlcuq dövlətinin yarandığını elan etdilər. Beləliklə, Yaxın və Orta Şərqdə ən güclü orta əsr feodal dövlətlərindən olan Böyük Səlcuq dövlətinin əsası qoyuldu. 

Orta əsrlərin başqa feodal imperiyaları kimi Böyük Səlcuq dövləti də çox yaşamadı. 1157-ci ildə Səlcuq imperiyası süquta uğradı. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ