Xəzər Xaqanlığı

Xəzər Xaqanlığı
Tarix :

12-01-2018, 17:17

Xəzər xaqanlığı — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti. Xəzər sözü, kaz kökündən yaranmışdır. "Ka-zar", yəni sərbəst olan, bir yerlə bağlı olmayan mənasına gəlir. 

Naməlum müəllif tərəfindən Qəznəvi hökmdarı Sultan Məhəmmədə həsr olunan Hüdud əl-aləm əsərinə görə Xəzər hökmdarları Ansa sülaləsindəndir və bu sülalə öz növbəsində Mərkəzi Asiyadan gəlmədir. Bəzi müəlliflər belə ehtimal edirlər ki, xəzərlər Böyük Hun imperiyasının qəbilələri arasında da olublar. 586-cı ildən sonrakı Bizans mənbələrində xəzərlərə "Türklər" deyə müraciət edilir. Türklərin İslamdan əvvəl Tanrıçılıq dinində olmasına baxmayaraq, 740-cı illərdə xəzərlərin əksəriyyəti yəhudiliyi qəbul etmişdilər. Habelə, Xəzər xaqanlığında paqanizm də geniş şəkildə yayılmışdı. 

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının keçmiş adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.

Xəzərlərin sərhədlərindəki xalqlar və dövlətlər ilə sıx əlaqələri olmuşdur. Xəzərlər Göytürk xaqanlığının tənəzzülü ilə əlaqədar tam müstəqillik əldə etdilər. Xəzərlər Bizans, Sasani, Ərəb imperiyaları ilə sıx əlaqələr qurmuşlar, slavyanqəbilələrini və İdil-bulqarlarını öz hakimiyyətləri altına almışlar. 

Xəzərlər I Svyatoslavın Kerç boğazını və Qafqazın Kuban sahillərini elə keçirməsinə baxmayaraq Krım ətrafında varlıqlarını davam etdirdilər. Bizans mənbələrinə görə ruslar və digər türk boyları müttəfiqlik quraraq Xəzər xaqanlığının dağılmasına səbəb oldular. Belə ki, 1016-1019-cu illərdə Bizans və Kiyev knyazlığı xəzərlərə qarşı ittifaq qurdular. Bizans imperatoru II Basileiosun göndərdiyi donanmanın köməkliyi ilə Kiyev rus knyazlığı Xəzər xaqanlığının tabeliyində olan Tmutarakan və ətrafını ələ keçirdilər. Müqavimət göstərən xaqan Georgius Tzul isə əsir alındı. Xaqan xristianlığı qəbul etdi və Arbon ləqəbini götürdü. Mstislav bundan sonra Tmutarakan knyazı olmuş və 1022-də ordusuna aldığı xəzərlərin da köməyiylə Kiyevdeki qardaşı I Yaroslava qarşı döyüşmüşdür. 1016-dan sonra müstəqilliklərini Aşağı İdil boylarında, Azov və Krımda kiçik xanlıqlar quraraq davam etdirən xəzərlərə son zərbəni 1030-ci ildə peçeneqlər endirmişdir. 1095-ci ilə aid rus mənbələrində xəzərlər artıq Rus knyazlarına tabe olduqları xatırlanır. Xəzər Xaqanlığı Bizans imperatorluğunun da təsirləri səbəbiylə XI əsrdə süqut etmişdir. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ