Göytürk imperiyası

Göytürk imperiyası
Tarix :

12-01-2018, 17:11

Göytürk xaqanlığı, Türk xaqanlığı (Qədim türk dilində:  ) — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiyavə Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tukyu (Şablon:Lang-zh) şəklində bəhs olunur.

Göytürk xaqanlığı tarixdə ilk dəfə adında türk sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki ÖkÜk Türük sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün Göytürk şəklində qəbul olunduğu iddia olunur. Göytürk sözündəki ilk hissəciyinin gök və ya ökük olaraq qəbul edilməsi ilə müvafiq olaraq səmavi və ya dini məna daşıdığı ehtimal olunur. Türk sözünün mənası ilə bağlı da bir sıra variantlar vardır. Türk sözünə yaxın ifadələrə Qədim Roma və Çin mənbələrində rast gəlinir. I əsrdə Pomponi Mela və Böyük Plini Azovun şərqində yaşayan insanlardan Turcae/Tyrcae olaraq bəhs edir. Çin mənbələrində T’ieh-lê, T’u-cüeh, Ting-ling şəklində istifadə olunan ifadələrin də Türk sözünü bildirdiyi düşünülür. Orxon abidələrində isə türk () və ya türük () olaraq xatırlanır. X əsrə aid uyğur yazılarında türk sözü "güc", "qüvvə" mənasında işlənilir. A.Vemberiyə görə türk sözü törəmək sözü ilə eynimənalı olub törəyən, çoxalan mənasına gəlir. Ziya Göyalpa görə türk sözü törəli sözü ilə eynimənalı olub qanun sahibi mənasına gəlir. Qaşqarlı Mahmud isə türk adının türklərə Tanrıtərəfindən verildiyini qeyd edərək, sözün "gənclik", "qüvvə", "qüdrət" və ya "yetkinlik" mənalarında işləndiyini bildirir.

Türk xaqanlığının baniləri Bumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi. Xaqanlığın mərkəzi Orxon çayı (Monqolustan) hövzəsində yerləşirdi. VII əsrin əvvəllərində Türk xaqanlığı bir-biri ilə savaşmağa başlayan Qərbi Türk xaqanlığına və Şərqi Türk xaqanlığına parçalandı. Qərbi Türk xaqanlığı qüdrətli dövlətə çevrildi. Sasanilər və Bizans imperiyaları onunla hesablaşmağa və ittifaqa girməyə çalışırdılar. Qərbi Türk xaqanlığı İstəminin oğlu Datou xaqanın hakimiyyəti illərində özünün ən yüksək çiçəklənmə dövrünə çatdı. O, Qara dənizin şimal sahili çöllərində uğurlu müharibələr aparır, Sasanilərə qarşı müharibədə Bizans imperiyasına kömək edirdi. Şərqi Türküstana yürüşə çıxan Datou onu tutub öz ərazilərinə birləşdirdi. 634-cü ildə Qərbi Türk xaqanlığında inzibati islahat keçirildi və o, on "ox"a (hissəyə) bölündü. Hərbi yürüşlərdən əldə edilən çoxlu qənimət, tabe olunmuş tayfalardan alınan xərac, xaqanlığın ərazisindəki karvan yollarından götürülən gömrük gəliri onu kifayət qədər zəngin dövlətə çevirdi. Arxeoloqlar türk əyanlarının qəbirlərindən qızıl və gümüş silah və bəzək əşyaları, çox sayda çeşidli at yüyənləri aşkar etmişlər. Döyüşçülərin şərəfinə kvadrat formalı, daşla əhatəli xırda anma "məbəd"ləri inşa edilirdi. Dairənin içərisində ölmüş döyüşçünü təsvir edən heykəl, runa yazılı stelalar və onun öldürdüyü düşmənləri bildirən otuz-qırx dənə qaya parçası qoyarmışlar. 639-cu ildə Qərbi Türk xaqanlığı Dulu və Nuşibi adı ilə iki yerə parçalandı. Zəifləmiş Qərbi Türk xaqanlığının Asiyadakı torpaqları tezliklə ərəblər tərəfindən zəbt olundu. Qərbi Türk xaqanlığının yerini Xəzər xaqanlığı tutdu. Şərqi Türk xaqanlığı 745-ci ildə uyğurlar tərəfindən darmadağın edildi. Paytaxtı Navekart şəhəri olub.

Türk sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında Türk sözü işlənən ilk dövlətdir. Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, Sasani və Bizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ