Birinci Bulqar İmperatorluğu

Birinci Bulqar İmperatorluğu
Tarix :

12-01-2018, 16:55

Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 678-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. Paytaxtı Ohrid şəhəfi oldu. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində:

Bizans asılılığı qəbul etdi.

Hər il bulqarlara xərac verməyə razı oldu.

Bizans İmperiyası ilə Avarlar arasında qalan Bulqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı.

Dövlət bugünkü Bolqarıstan, Albaniya, Bosniya, Xorvatiya, Yunanıstan, Macarıstan, Kosova, Makedoniya Respublikası, Moldova, Çernoqoriya, Rumıniya, Sırbıistan, Slovakiya, Türkiyə və Ukrayna torpaqlarını əhatə edən təxminən 750.000 km² ərazini əhatə etmişdir.

Konstantinopolisin (bu günkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu.Macarıstanı və Rumıniyanı ələ keçirdilər. 811-ci də Bizans Bizans İmperiyasını məğrubiyyətə uğratdılar. 813-cü ildə bu günki Ədirnəni alan Krum xan, 814-cü ildə Konstantinopolu mühasirəyə aldı. Lakin o, mühasirə zamanı öldü. Yerinə oğlu Omurtaq xan keçdi. Omurtaq xanın dövründə Dunay Bulqar Xanlığı daha da gücləndi. I Boris (852-889-ci illər) dövründə, bulqarlar 864-cü ildə rəsmi olaraq xristianlığı qəbul etdilər. IX əsrin birinci yarısı Bulqar türk dövlətinin ən parlaq dövrü idi.Bu dövrdə yeni şəhərlər salındı, suvarma şəbəkələri yaradıldı.Şərqi Avropadakı yeganə duz mədənləri də bulqarlara məxsus idi.

Sonrakı dövrlərdə slavyanlar bura köç etməyə başladılar. Zaman keçdikcə bura köçmüş slavyanların içərisində bulqarlar öz mənliklərini itirdilər və özləri də yavaş-yavaş slavyanlaşdılar. Bunun nəticəsi olaraq 864-cü ildə bulqarlar rəsmi olaraq xristianlığı qəbul etdilər.Bütün bu amillər dövləti zəiflətdi və 1018-ci ildə Dunay Bulqar Türk Dövləti süqut etdi.

Dunay Bulqarlarının dili Kuban və İdil (Volqa) Bulqarlarına yaxın olmuşdur.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ