Böyük Bulqar Xanlığı

Böyük Bulqar Xanlığı
Tarix :

12-01-2018, 16:53

Böyük Bulqar xanlığı-VII əsrin ilk yarısında Avropada, indiki Bolqarıstan, Ukrayna və qərbi Rusiyada mövcud olmuş dövlət.

Hiung-nusun dağılmasından sonra, əvvəlcədən bulqarlar qərbə köçən Hun boyları ilə birlikdə şimala köçdülər. V əsrdə onlar Sabir türkləri ilə qarşılaşdılar və bir qədər daha şimala və qərbə çəkildilər. Onlar Avropa Hunlarının bir hissəsi oldu. Avropa Hunları və Oğur Türkləri ilə qarışdıqdan sonra ilə "Bulqar adıyla yeni bir türk toplumu meydana gəldi. Bulqar (Bulqanmak) deməkdir. Hunlardan sonra Sabirlər və Göytürklərin hakimiyyətinə girdilər. Ogur tayfaları avarların Konstantinopolu mühasirə etdiyi zamanı onlara yardım etmişdilər.

Bulqarlar bir çox türk soylarının birləşməsiylə 630-cu ildə ortaya çıxdılar. Böyük Bulqar xanlığını Kubrat xan qurdu. VII əsrin ilk yarısında Xan Kubrat Qaradənizin şimalında dağınıq yaşayan türk Kutrigur, Utrigur, Sabirlər və Onogurlar kimi soyları və bundan başqa 7 slavyan qövmünü, Bizansın razılığı ilə qurduğu ilk böyük bulqar dövlətinin tərkibində birləşdirmişdir. Beləliklə Bulqar adında yeni bir boy əmələ gəlmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat Xanın 665-ci ildə ölümündən sonra digər bir Türk xalqı olan (Xəzərlər) bu dövləti məğlub etməyi bacarmışlar.

Kubratın böyük oğlu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bulqarlara Quru Bulqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil bulqarları dövlətini qurdular və və şimala köç edən İdil bulqarlarına Ağ Bulqarlar da deyilər. Ağ bulqarlardan bu günki Çuvaşlar xalqı meydana gəlmişdir. Xan Asparuhun tabeçiliyi altında cənub-qərbə köç edən hissə isə 678-ci ildə Tuna bulqar dövlətini qurmuşlar və Bugünkü Bolqarıstanın təməlini qoymuşdular. Digər bir qrupun isə avarlara qatılaraq daha da qərbə, orta Avropaya doğru köç etdiyi güman edilir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ