Ağqoyunlu dövləti

Ağqoyunlu dövləti
Tarix :

12-01-2018, 15:14

Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur.

XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.

Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ