Zurna

Zurna
Tarix :

26-12-2021, 23:52

Zurna — Güclü zil səsə malik musiqi aləti.

Zurna əsasən türk xalqlarının hərbi, şadyanılıq və toy musiqisində böyük rol oynayır. Qədim türk xalqları döyüşə gedərkən, atüstü oyunlarını (çövkən, cirit və s.) oynarkən mehtər musiqisi və ya davul-zurna çalınırdı 
Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır.

Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Əlavə olaraq zurnanın ağzı tərəfdə bir dəlik daha var ki, bu da kök üçündür. Gövdənin baş tərəfinə maşa taxılır. Onun uzunluğu 120 mm-dir və o, cır söyüd, qoz və ərik ağacından hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Əsasən, quru yerdə bitmiş iki nazik, yonulmuş qamışdan xüsusi üsulla hazırlanmış müştük 710 mm uzunluğunda olur.

İfaçı aləti səsləndirmək üçün ağız boşluğuna yığdığı havanı nizamla üfləyir. Sədəf, sümük və bürüncdən hazırlanan dəyirmi dayaq(tağalaq) milin, təxminən, orta hissəsinə bərkidilir. Tağalaq, bir növ, dodaq üçün dayaq rolunu oynayır. Üfürülən hava müştük, mil və maşadan keçərək gövdəyə daxil olur. Alət barmaqların köməyi ilə gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.

Bu alətin "qara zurna""ərəbi zurna""cürə zurna""əcəmi zurna""qaba zurna""şəhabi zurna" kimi növləri tarixən mövcud olmuşdur.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ