Dombra

Dombra
Tarix :

12-01-2022, 20:39

Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır.

"Qazaxı soruşsan, dombranın qolundadır". Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür. Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.

Ailə məclislərində, qonaqlar çox olanda şirin söhbətlər zamanı söz dombıraya verilir. Sevgi, həsrət dolu, insanın yaşantılarını anladan türkülər səslənir. Dombıranın iki teli üzərinə vuran barmaqlar və qısa sapının üzərində gəzən əllər elə bir səs gözəlliyi yaradır ki, insan bilmir bu cür əllərə, yoxsa dombıranın özünə çaşıb qalsın? Dombıra çalan adamın sazın köksündə gəzişən sağ əlin barmaqları başqa, qol üzərində gəzişən sol əlin barmaqları isə başqa ahənglə insan qulağına xoş gələcək səslərin yerlərini tapır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ