Əjdər Tağıoğlu: “Qədim erməni əlifbası” deyilən əlifba, əslində, “Avesta”dan oğurluqdur”

Əjdər Tağıoğlu: “Qədim erməni əlifbası” deyilən əlifba, əslində, “Avesta”dan oğurluqdur”
Tarix :

21-01-2018, 10:20

Xalqımızın belə bir sözü var:“Haqq nazilər, ancaq üzülməz”. Son zamanlar dilçilik,tarixşünaslıq və s. sahələrdə görülən işlər, aparılan tədqiqatişləri bir sıra tarixi həqiqətlərin meydana çıxmasına şərait yaradır. Erməni saxtakarlığı yalnız Azərbaycan xalqını, Türk dünyasını deyil, həm də bütün dünyanı öz caynağına almaq iddiasındadır.

Uzun illərdir dünyaya yalan,şər, saxtakarlıq toxumu səpməkdə olan ermənilər “qədim” xalq olduqlarını, “qədim əlifba”ya, “qədim tarix”ə malik olduqlarını qəbul etdirməyə çalışırlar. Hətta iş o yerə çatıb ki, onlar muzdlu tarixçilər və dilçilər tutub öz “tarixlərini” və “dil tarixlərini” yazdırmaq cəhdləri də edirlər. Deməliyik ki, hətta fransız əsilli tarixçilərdən biri külli məbləğdə pul qarşılığında ermənilər üçün “tarix yazıb”. Təbii ki, bu tarix Mesrop Maştosun “yaratdığı əlifba” kimi qondarmadır. Bildiyimiz kimi, son dövrlərə qədər ermənilər dünyaya car çəkirdilər ki, bəs deməzsən ermənilərin Mesrop Maştos “tərəfindən yaradılan əlifba”sı var. Tədqiqatçıların səyi nəticəsində məlum olub ki, ümumiyyətlə, tarixdə Mesrop Maştos adlı dilçi, linqvist olmayıb, bu, ermənilərin uydurduğu “dilçi”dir.

 Qeyd edək ki, Azərbaycan alimlərindən filologiya elmləri doktoru, filoloq-tarixçi, professor Əjdər Tağıoğlu (İsmayılov) erməni saxtakarlığını ifşa edən geniş məzmunlu bir tədqiqat işi aparıb və “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” adlı kitabını nəşr etdirib. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən nəşr edilib. “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” nəşrini son dövrlər erməni yalanlarının ifşa edilməsi sahəsində yaranan azsaylı əsərlərdən biri kimi qiymətləndirmək lazımdır.

Məlumat üçün bildirək ki, Ə.Tağıoğlu ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni tarixşunaslığına sarsıdıcı elmi zərbələr endirib. Professor Əjdər Tağıoğlu “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından növbəti elmi əsəri – “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” adında kitabı bizə böyük informasiya verir. Əjdər Tağıoğlu bildirir ki, çağdaş erməni tarixçiləri və dilçi alimləri əllərində heç bir maddi sübut olmaya-olmaya yunandilli anonim keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş“tarixişəxsiyyət” kimi kimi təqdim edirlər.

Professor Ə.Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış“erməni əlifbası” olub, nə də “erməni yazısı”. Kitabda müəllif gətirdiyi tarixi maddi sübutlar əsasında o nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alimi R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Ə.Tağıoğlu bu əsərdə fikrinin təsdiqi baxımından yaxın tarixi hadisəni xatırladır. O yazır ki, yerli əhalinin gözləri qarşısında “erməni yazısı”nın qədim mənşəyini gizlətmək üçün Eçmiədzin kilsəsinin təşkil etdiyi qaragüruh dəstənin oğuz türklərinin memar xəttatları tərəfindən atəşgahların kitabələrində müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”nın daha sonralar təkmilləşdirilmişformasında yaranmış bəzi yenı fonetik fərqləri – erməni boğaz səslərini sünişəkildə əlavə etməkdən ibarət idi. Yazılanlara görə, ermənilər eyni təxribatı Van gölü ətrafında Maday-türk imperiyasının Əhəməni – pers dövrünə aid tapılmış“Avesta” daş yazılarının mətnlərində də etmişlər. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmışşəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.

 Ə.Tağıoğlu başqa bir tarixi hadisəni xatırladaraq yazır: “Vəhşi çöllərdən yürüşlə gələn, yazı-pozudan xəbərsiz ərəb ordusu min illərlə ata-babadan atəşpərəst olan Azərbaycan türklərini “qılınc müsəlmanı”na çevirdikləri dövrdə gələcək nəsillərə qədimdən-qədim Ata tarixini unutdurmaq məqsədilə “Avesta” ədəbiyyatından tonqallar qaladılar, xalqımızın zəngin mənəviyyat, mədəniyyət və dövlətçilik tarixini dünya tarixinin səhifələrindən sildilər”. O qeyd edir ki, yunandilli Kilikiya erməni kilsəsi də bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən, istifadə etdiyi “Avesta yazısı”nı “erməni yazısı” kimi tarixləşdirmişdi.

Erməni yalanlarının ardı-arası kəsilmək bilməsə də, əsl həqiqətlərin üzə çıxarılması onların iddialarını sarsıdır. Ermənilərin saxta əlifba məsələsini illərdir gündəmdə saxlaması həqiqətən də dəhşətli bir haldır. Saxta Mesrop Maştos adından istifadə edən ermənilərin, əslində, qədim əlifbalarımızdan olan “Avesta”a əlifbasını oğurlaması faktı nəinki bizi, hətta bütün dünyanı narahat etməlidir. “Qədim əlifba”sını bizdən, müasir əlifbasını isə epiopiya xalqından oğurlayan bir topluma heç cür bəraət qazandırmaq olmaz.

Tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə aşıqlamasında bildirdi ki, erməni saxtakarlığının ifşa edilməsi istiqamətində səyləri daha da artırmaq lazımdır. B.Xəlilov hesab edir ki, Mesrop Maştos adlı dilçinin, tarixçinin olmaması faktdır və bu, erməni uydurmasıdır: “Hesab edirəm ki, bu məsələ dərinləşsə yaxşıdır. Təəssüflər olsun ki, indiyə qədər Mesrop Maştos “erməni əlifbasının yaradıcısı”, “əlifba banisi” kimi təqdim olunurdu. Hətta onu milliyyətcə erməni olaraq təqdim edirdilər. Amma indi əsl həqiqət məlum olub. Çünki tarix həmişə müəyyən zaman keçdikdən sonra əsl həqiqəti üzə çıxara bilir. Tarixin gizli qatları açıldıqca məlum olur ki, heç Mesrop Maştos adlı adam olmayıb. Ümumiyyətlə, Mesrop Maştosun şəxsiyyəti də, milliyyəti də, əlifba yaratması da cəfəng bir məsələdir. Əslində, o, əlifbanı yaradan yox, əlifbanı oğurlayan bir addır ki, onu ermənilər uydurub və bu saxta addan istifadə edirlər. Hesab edirəm ki, bu yöndə tədqiqatların ardı gəlməlidir. Bu işə həm tarixçilər, həm dilçilər, həm filoloqlar, həm coğrafiyaçılar, həm də etnoqraflar cəlb edilməli, onların bu sahədə tədqiqatları davam etdirilməlidir. Yoxsa, bir fikirlə, bir tədbirlə, bir qəzet məqaləsi ilə problemi məhdudlaşdırmaq olmaz. Biz bu məsələnin izinə düşmüşük və daha dərin qatlara getməyin vaxtı çoxdan çatıb. Yeri gəlmişkən, deyim ki, dilçilikdə belə bir fikir vardı: latın qrafikası ilə OrxonYenisey yazılı abidələri arasında müəyyən əlaqə var. Yəni bir əlifbanı yaradarkən o əlifbaya qədər mövcud əlifbanın müəyyən qrafik işarələrindən istifadə olunur. Bu mənada bu yenə də bizim dilçiləri, tarixçiləri, əlifbaşünasları səfərbər edir ki, biz hətta Orxon-Yenisey yazılı abidələrindən qaynaqlanan latın qrafikalı əlifbanın özünə də yenidən yanaşaq, bu əlifbanın özü də Orxon-Yenisey yazılı abidələrindən qaynaqlanıb düzəldilib. Ona görə də mövqeyim ondan ibarətdir ki, bu istiqamətdə yerimizdə oturub qalmamalıyıq, tədqiqatları dərinləşdirməliyik. Məsələn, mən tədqiqatları dərinləşdirməyi nədə görürəm? Hesab edirəm ki, ayrı-ayrı təhsil müəssisələrində, xüsusən də ali məktəblərdə, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında seminarlar, müşavirələr keçirilməlidir. O seminar və müşavirələrdə mütəxəssislər tərəfindən əlifba məsələsi müzakirə olunmalıdır. Çünki hər bir müzakirə tədqiqatçılar üçün müəyyən istiqamət verir, bu da bizim elmi-tədqiqat işimizi daha da dərinləşdirə bilir”. Mesrop Maştos saxtakarlığının beynəlxalq miqyasda da ifşa edilməsinə tərəfdar olan B.Xəlilov hesab edir ki, əvvəlcə bu məsələ ölkəmizin elmi ictimaiyyətinə, gəncliyə çatdırılmalıdır: “Beynəlxalq aləmə çıxmaq vacibdir. Ancaq buna qədər təhsil müəssisələrində, Azərbaycan Milli ElmlərAkademiyasının müvafiq institutlarında müzakirə olunmalıdır ki, burada alimlər sanballı sözlər desinlər, fikirlər irəli sürsünlər və bu rəylər ümumiləşdirilsin, sonra beynəlxalq səviyyədə işlər görülsün. Amma əvvəlcə gərək ölkə alimlərinin ümumi bazası hazırlansın. Biz özümüzü təqdim etməliyik. Ümumiyyətlə, əlifba tarixində bizim Orxon-Yenisey əlifbasının qədim əlifbalardan biri olduğunu sübut etməliyik. Ona görə də bu bizim üçün bir faktdır və bu istiqamətdə işimizi görək. Eyni zamanda, arzuolunan haldır ki, sanballı alimlər orta mıktəblərə getsinlər,şagirdlərlə bu istiqamətdə söhbətlər aparsınlar. Bundan başqa, çox istərdim ki, əlifba məsələsi ilə bağlı AMEA müvafiq institutlarla birgə konfranslar keçirsin. Konfranslar aktual problemlərə həsr olunmalıdır. Çünki problemləri problemlikdən çıxarıb tarixi həqiqətə çevirmək üçün konfranslara, simpoziumlara böyük ehtiyac var. Etiraf etməliyik, tarix boyu belə olub, gözləmişik ki, kimlərsə bizim maddi-mənəvi dəyərlərimizi, əlifbamızı mənimsəsinlər, öz adlarına çıxsınlar, biz də sonradan danışmağa başlayaq. Amma gərək özümüz də buna vaxtında yiyə durmalıyıq, bu məsələləri vaxtında təhlil etməliyik ki, başqalarının bizə aid olanları oğurlamağa cəsarəti çatmasın. Mesrop Maştoş məsələsi ancaq mətbuatın müzakirə etdiyi məsələ olmamalıdır, ciddi elmi-tədqiqat institutlarında, universitetlərdə geniş müzakirə obyektinə çevrilməlidir”.

Mesrop Maştoş“əlifba”sının “Avesta”dan oğurluq olduğunu bir daha dünyaya bəyan etmək üçün o kitabənin orijinal yazılarını da üzə çıxara bilərik. Fikrimizə dəstək verən B.Xəlilov “Təbii ki, “Avesta”nı da, eyni zamanda, Qafqaz Albaniyasının 52 hərfdən ibarət olan əlifbasını da ortaya çıxara bilərik. Qafqaz Albaniyası Azərbaycan dövlətinin içərisində olan dövlət olub. Yəni biz onun varisiyik, Qafqaz Albaniyasına mənsub olan mədəniyyəti, ədəbiyyatı, dili, iqtisadiyyatı, siyasəti, tarixi bu günə gətirib çıxarmışıq. Ancaq təəssüflər olsun ki, Qafqaz Albaniyası deyəndə sovet tarixşünaslığında belə bir təsəvvür olub ki, Qafqaz Albaniyası bizə mənsub deyil. Orada mövcud olan xristianlığı əldə əsas tutaraq, ermənilər haqsız olaraq ona “yiyə” dururlar və əlimizdən almağa cəhd edirlər. Tarixdən məlumdur ki, biz xristian dininə də sitayiş etmişik. Məsələləri dinlə həll etmək olmaz. Ermənilər Qafqaz Albaniyasına aid mədəniyyəti öz adlarına çıxırlar. Qafqaz Albaniyasına mənsub olan yazı abidələr Mingəçevir ərazisində tapılıb, həmin əlifbanı bərpa etmək lazımdır. Yəni xalq olarаq yаzı tаriximiz çox qədimdir” – deyə qeyd etdi

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ