“Vətən yaşasın!” – Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır

“Vətən yaşasın!” – Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
Tarix :

2-07-2020, 15:49

Turan Araşdırma Mərkəzi İctimai Birliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “TuranAraşdırma Mərkəzi” İB olmuşdur.

TAM-ın qalib gəlmiş "Vətən yaşasın!" layihəsi çərçivəsində görüləcək əsas iş, "Vətən yaşasın" adlı sənədli filmin çəkilişidir. layihənin icrasına 01 iyul 2020-ci il tarixindən artıq start verilib. Üç ay müddətində icra edilməsi nəzərdə tutulan layihə 01oktyabr 2020-ci il tarixində başa çatacaq

Film vətənpərvərlik mövzusundadır. Gənc nəslin vətənpərvərlik tərbiyəsinə Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük təsiri var. Azərbaycan tarixində saysızhesabsız qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl həyat məktəbidir. Filmdə əsas məqsəd ermənilərlə savaşda qəhrəmanlıq nümunəsi göstərmiş Vətən oğullarının tanıdılmasıdır. Eyni zamanda hər gün düşmən tərəfindən atəşkəs bir neçə dəfə pozulur. İgid Azərbaycan əsgəri kimi yerli sakinlərimiz də qəhramanlıq göstərərək düşmənlə üzbəüz ərazidə yaşayır, yaradır, öz həyatlarına davam edirlər. Filmin çəkiləcəyi ərazi əsasən cəbhə bölgələrində: Tərtər, Goranboy, Füzuli,Ağdam olaraq seçilib.

Qeyd olunan ərazilər cəbhə bölgəsidir, təmas nöqtəsidir. Layihənin icrası üçün çəkiləcək film geniş tamaşaçı kütləsinə təqdim ediləcəkdir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ