TAM-ın növbəti tədbiri ADPUda keçiriləcək

TAM-ın növbəti tədbiri ADPUda keçiriləcək
Tarix :

11-11-2018, 15:37

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi tamam olması ilə əlaqədar 2018-ci ilin Azərbaycan Respublikasında “ Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək “Turan Araşdırma Mərkəzi” tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Növbəti belə tədbirin "Tarixini unutma!" adlı tədbirlərin keçirilməsi layihəsi çərçivəsində 200 ildən artıq bir zaman kəsiyində ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım hadisələrindən bəhs edəcək tariximizi əks etdirən tədbir 13 noyabr saat 11:00 da Bakı şəhərində Azərbaycan Dövlət Pedoqoji Universitetinin akt zalında keçirəcəkdir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ