“Tarixini unutma!”: 200 illik erməni terroru

“Tarixini unutma!”: 200 illik erməni terroru
Tarix :

10-10-2018, 10:32

Görkəmli türk sərkərdəsi Nuru paşanın komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edilməsindən 100 il ötür. Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan milli ordusu ilə birlikdə Qarabağda, eləcə də digər bölgələrdə apardığı xilaskarlıq missiyasında itkilər də olub. Azərbaycan xalqı vətənimizə gələn şanlı türk əsgərlərinin qardaşlıq köməyini, döyüşlərdə qəhrəmancasına həlak olan əsgər və zabitlərin xatirəsini heç vaxt unutmur, daim əziz tuturlar. Bu gün Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarı o illərin şanlı qəhrəmanlıq tarixidir

“Turan Araşdırma Mərkəzi” (TAM) İctimai Birliyinin “Tarixini unutma!” layihəsi çərçivəsində şəhid türk əsgərinin məzarı önündə tədbir keçirilib.Əvvəlcə şəhidlərin xatirəsi anılıb, türk əsgərinin məzarı önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən TAM-ın sədr müavini, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı sərəncamdan söz açıb, bununla bağlı İctimai Birliyin reallaşdırdığı layihələrdən danışıb. Bildirilib ki, “Tarixini unutma!” layihəsi də onlardan biridir.Cavid İsmayıl 200 ildən artıq bir dövrdə ermənilər vasitəsilə Azərbaycan xalqına qarşı zaman–zaman həyata keçirilən soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı bəhs edib.Ümummilli lider Heydər Əliyevin "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir” sözlərini xatırladan TAM-ın sədr müavini hər bir azərbaycanlının öz tarixini dərindən bilməli olduğunu deyib.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova erməni terrorunun tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən danışıb.Şamaxı rayonunda növbəti tədbir rayon Təhsil Şöbəsinin akt zalında təhsil işçiləri və rayon ictimaiyyətinin iştirakı ilə davam etdirilib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edən Cavid İsmayıl tədbirin əsas məqsədinin 200 ildən artıq bir dövrdə ermənilər vasitəsilə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı hadisələrini geniş auditoriyaya çatdırmaq olduğunu deyib. Bildirilib ki, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri xalqımızın düşünülmüş, məqsədli olaraq kütləvi surətdə soyqırımına, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması olub. Bu cür tədbirlərin də məqsədi tariximizi bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq və yaddaşlarda yeniləməkdən ibarətdir. Cavid İsmayıl 1918-ci ildə Qafqaz İslam Ordusunun və komandan Nuru paşanın Gəncəyə gəlməsindən, onun xalqımız qarşısında göstərdiyi xidmətlərdən də söz açıb.

AMEA-nın şöbə müdiri, filologiya elmləri doktoru, yazıçı, şair-dramaturq Nizami Muradoğlu çıxışında xalqımıza qarşı törədilmiş belə faciənin geniş auditoriyaya çatdırılmasının hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu söyləyib.İctimai Birliyin üzvü, türk tarixi köklərinin tədqiqatçısı Sənan Qızılarslan da “Tarixini unutma” layihəsinin əhəmiyyətindən danışıb

TAM-ın sədr müavini, "Olaylar" İnformasiya Agentliyinin təsisçisi və baş direktoru, tarixi romanların müəllifi, tanınmış yazıçı-publisist Yunus Oğuz isə bildirib ki, Azərbaycan Cümhuriyyəti dünyada qurulan ilk cümhuriyyətlərdən biri olub. “Cümhuriyyətin qurulması bizə milli kimliyimizi qaytardı. Həmin dövrdə Azərbaycan ordusu, polisi, iqtisadiyyatı yarandı. İnsanlar azad şəkildə sözlərini deyə bilirdilər. Həmçinin ilk müstəqil mətbuat yarandı. Cümhuriyyətin ömrü qısa olsa da, müstəqil Azərbaycan Respublikası onun varisidir”, - deyə Y.Oğuz qeyd edib.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ