«Turan Araşdırmalar Mərkəzi»ndən Türkiyəyə dəstək- 100 FİDAN

«Turan Araşdırmalar Mərkəzi»ndən Türkiyəyə dəstək- 100 FİDAN
Tarix :

2-08-2021, 13:29

Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizə və yanğının vurduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan vətəndaşları da səfərbər olub. Dövlət səviyyəsində Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə  briqadası ilə yanaşı, fərdi və ictimai birliklər səviyyəsində də qardaş ölkəyə dəstək nümayiş etdirilir, yardım edilir.

Belə bir dəstək "Turan Araşdırma Mərkəzi"ndən də gəlib. Belə ki, sözügedən Mərkəz OGM-VAK Vəqfi üzərindən qardaş ölkəyə 100 ədəd fidan bağışlayıb. "Turan Araşdırma Mərkəzi" İB-nin  sədr  müavini  Cavid  İsmayıl  bildirib  ki,  Mərkəzdən bu tipli dəstək və yardımlar davamlı olacaq. "Qardaş  Türkiyənin  sevinci  sevincimiz, kədəri  kədərimizdir"-deyə  sədr  müavini  bildirib.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ