Özbəkistandan tarixi qərar: 1 avqustdan YALNIZ LATIN

Özbəkistandan tarixi qərar: 1 avqustdan YALNIZ LATIN
Tarix :

6-01-2021, 14:59

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin imzaladığı fərmanla ölkə yeni bir mərhələyə qədəm qoyur.

Prezident ölkə ərazisində latın qrafikasına əsaslı keçidlə bağlı qəti qərar verib.

Belə ki, bu il avqustun 1-dən Özbəkistanda küçə, qurum adları, rəsmi sənədlər artıq latın əlifbası ilə yazılacaq. Bu barədə, dövlət qurumlarına göstəriş verilib.

Qeyd edək ki, ortaq əlifbanın istifadəsi Türk dövlətləri və toplumları arasında inteqrasiyanın, yaxınlaşmanın və birliyin əsas açarlarından biridir. Qardaş ölkəyə xeyirli-uğurlu olsun! 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ