Kırım

Kırım
Tarix :

12-01-2022, 11:00

Krım Muxtar Respublikası - Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır.

Paytaxtı Simferopoldur. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir. Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır. 

19 fevral 1954-cü il tarixində Sovet İttifaqı Ali Sovetinin Rəyasət Heyəti Krımı Rusiya Sovet Federativ Sosialist Respublikasından çıxararaq Ukrayna Sovet Sosialist Respublikasına verdi. Ukrayna, 1991-ci ildə Krımın muxtar statusunu təsdiq etmiş və bütün Krım Tatarlarının sürgündən qayıtmasına icazə vermişdir. Sürgündən dönüşlər tamamlanmamış olub, azalaraq davam etməkdədir.

Mart 2014-cü ildə Ukrayna Prezidenti Viktor Yanukoviç devriləndə Rusiya tərəfdarı separatçılar və Rusiya Silahlı Qüvvələrinin Kırımı ələ keçirməsinin ardından bölgənin Rusiyaya qatılması üçün konstitusiyaya zidd birmreferendum keçirildi. Rusiya daha sonra Krım Respublikası ilə Sivastopolu ilhaq etdi. Rusiya və bir neçə BMT üzvü olan dövlət Krımı Rusiyanın bir hissəsi kimi tanıyarkən, Ukrayna Kırımı öz bölgəsi olaraq görməyə davam edir. Ukraynanın bu iddiası bir çox xarici hökumət və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 68/262 saylı qərarı ilə dəstəklənir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ