Tuva

Tuva
Tarix :

12-01-2022, 10:51

Tuva Xalq Respublikası — müstəqilliyi yalnız SSRİ(1924) və Monqolustan Xalq Respublikası (1926) tərəfindən tanınmış dövlət.

Paytaxtı Kızıl şəhəridir. Dövlət Cənubi Sibir ərazisində 1921—1944 illə mövcud olmuşdur. 1921—1926-ci illərdə rəsmi olaraq Tannu-Tuva adlanırdı. Çin tərəfindən tanınmamış və beynəlxalq aləm tərəfindən Çinin ərazisi olaraq qiymətləndirilirdi. 1944-ci ildə isə SSRİ-nin tərkibinə daxil edilərək Tuva muxtar vilayətinə çevrilmişdir (RFSF-in tərkib hissəsi). 

14 avqust 1921-ci ildə Tanu-Tuva Respublikasının müstəqilliyi elan edilir. Dövlət orqanları təşkil edilir və 22 hissədən ibarət konstutsiya hazırlanır. Birinci konstutsiyada azad şəkildə ibadət təmin edilir. Ölkənin paytaxtı Xem-Beldir olur. 1923-ci ildə Sovet qoşunları Tuvadan çıxarılır. Bir müddət sonra 1924-ci ildə SSRİ və 1926-cı ildə Monqolustanla Tuvanın müstəqilliyinin tanınması haqqında anlaşma imzalanır.

17 avqust 1944 ildə Kiçik Xuralın VII sesiyasında Tuvanın SSRİ-na birləşdirilməsi haqqında qərar qəbul edilir. 11 oktyabr 1944 ildə Tuva Respublikası RSFSR tərkibində muxtar vilayət olaraq daxil edilir. Bu məsələ ilə bağlı heç bir referendum keçirilmir.

1960-cı illərdə vilayətin inkişafı ilə əlaqədar respublika orqanlarının yaradılması təmin edilir. Salçak Toka Tuvanın ilk kamunist partiyası rəhbəri seçilir. 10 oktyabr 1961 ildən 1991 ilə qədər Tuva Muxtar Sovet Respublikası olaraq RSFSR-nın tərkibində qalır. Hazırda Rusiya Federasiyasının tərkibində Tuva Respublikası olaraq qalır. 2018-ci ilin statistikasına əsasən əhalisinin sayı təxminən 321.722 nəfərdir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ