Axısqa türkləri

Axısqa türkləri
Tarix :

11-01-2022, 21:49

Axısqa türkləri — Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır.

Türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağır məşəqqətlərə düçar olan boylarından biri də Axısqa türkləridir. Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu soydaşlarımızın danışdığı şivə, adət və ənənələri, folkloru, mədəniyyəti qədim Türk məskəni Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qars ərazilərindəki Türklərlə çox yaxındır. Bəllidir ki, Rus-Türk müharibələri nəticəsində zaman-zaman Türk torpaqlarının böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub. Bu ərazilərdə yaşayan yerli Türklər də Rus əsarətinə məruz qalıblar. Ruslar tərəfindən zəbt edilən bölgələrdən biri də Adıgön-Axısqa ərazisidir. 1829-cu ildə "Ədirnə müqaviləsi" ilə Osmanlı dövlətindən qoparılıb Rusiya İmperatorluğuna ilhaq edilən Axısqa və Axalkələk bölgəsi nəhayət Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrildi. Axısqa və Axalkələk bölgələri sovet dönəmində Gürcüstan Sovet Sosialist Respublikasının, indi isə Gürcüstan Respublikasının tərkibindədir. Gürcüstana verilən bu ərazi Mexseti adlandırılmış və burada yaşayan Axısqa türklərinə də "Mesxeti türkləri" deyilmişdir.

31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.  Bütün bunlar azmış kimi Axısqa türklərinin həyatında ikinci bir faciə törədildi. Bu faciə düşmən mafiyanın əli ilə 1989-cu ildə Özbəkistanın Fərqana şəhərində baş verdi. Özbəklər, Axısqa türklərini qətlə yetirdi. Bu hadisə bütün Türk dünyasını sarsıtdı. Axısqa türklərinin ikinci deportasiyası başlandı. 

1950-ci illərin sonlarında öz qucağını doğma soydaşlarına açmış, onları bərəkətli torpağı olan Saatlıda, Sabirabadda, Beyləqanda, Xaçmazda, Qubada, Qazaxda, Şamaxıda və digər bölgələrdə yerləşdirmişdi.  Yarım əsrlik vətən həsrəti bu xalqın dilində bir Vətən bitirib. Bu Vətən onlar üçün Adıgön, Axısqa, Azğur, Axalkələk, Abastuban, Varxan, Zediban, Xero və Azərbaycan türklərinin yaşadığı Borçalı, Ağbulaq, Sarvan, Başkeçid, Qarayazı, Karaçöpdür. 

Ahıska türklərinin ana dili türkcədir. Danışıq ləhcəsi Məshəti regionuna qonşu olan, Ərdahan və Artvin vilayətlərindəki ağızın bir qisminə və Azərbaycan dilinə çox bənzəyir. Dini inancları isə islamın siə qanadıdır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ