Fətəli Xan

Fətəli Xan
Tarix :

15-01-2022, 18:10

Fətəli xan- XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi.

Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə. Və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.....Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur...O tezklə onunla evlənir....və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur...Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı . Şiəliyi də Hüseyn xan İsfahanda qəbul edir. Bu barədə Abbasqulu Ağa Bakıxanov yazır: İranda olanda, Hüseyn xan Əli məzhəbinə(şiəlik nəzərdə tutulur) daxil oldu. Və indiyə kimi Quba xanının nəsli şiəliyi etiqad edir.

1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmışdır. Nadir şah Əfşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycanın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuşdur. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi.

Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirınəyə nail oldu. Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiş akademik S.Q.Qmelin igid sərkərdə Fətəli xan Qubalının xalq arasında böyük ehtirama layiq olduğu haqqında iftixarla yazır: "Dərbənd əhalisi onu sevirdi. Şamaxı təəbələri Fətəli xandan razı idilər. Bakı əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirməyə 1759-cu ildə Dərbənddən başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı".

Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər şahidlik verir ki, Fətəli xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoşun yaratmışdı. Müharibədə könüllülərdən, partizan dəstələrindən və birləşmiş nizami qoşun dəstələrindən daha çox istifadə olunurdu.
Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə edirlər. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərdi; bütün ətrafindakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi.
Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan 1789-ci ildə vəfat etmişdir.

Hicri 1203 (1789)-cu ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ