Avar İmperiyası

Avar İmperiyası
Tarix :

12-01-2018, 17:15

Avar xaqanlığı (və ya Avar İmperiyası) 

Bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən türk dövləti.

Avar xaqanlığı Jujanlar Göytürklərə məğlub olduqdan sonra onların bir qismi qərbə çəkildi və Qafqazda məskən saldılar. Onlara avar deyirdilər. Türkcə bu söz «dirənən, duruş gətirən, qarşı gələn» mənasını verirdi.

Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar və bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa və Slavyan torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmaçiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarlar, 626-cı ildə uzun sürən Sasani-Bizans döyüşlərinə Sasanilər tərəfində müdaxilə etmişlər və slavyan qəbilələri ilə birlikdə Konstantinopola hücum etmişlər və şəhərin mühasirəsinə qoşulmuşdular. Sasani Ordusu isə eyni vaxtda şəhərin Asiyada qalan bölgəsinə hücum etmişdir.  Avarlar, bolqarlar, franklar və slavyanlar ilə olan mübarizələri nəticəsi olaraq Macar Düzənliyi və Dalmaçya sahillərini də itirmişdir. 670-ci ildə Bizans ilə döyüşlərin başa çatmasından sonra, iki imperatorluq arasına bolqarlar yerləşmişdir. IX əsrdə avarlar xüsusilə Frank dövləti üçün ən təhlükəli düşmən sayılırdı. Buna görə əvvəlcə avarlarla dostluq əlaqələri qurmağa çalışmışlar. Franklarla avarlar arasında elçilər movcud olmuş, 780-cı ildə avar elçisi frank torpaqlarına getmiş, frank elçisi də Xaqanlığa gəlmişdir. 788-ci ildən franklar ilə avarlar arasındakı uzun sürəcək bir döyüş başlamışdır. Bavariyanı Frank ölkəsinin bir parçası sayan Frank kralı Şarlman, avarlara qarşı səfərə çıxmağı planlaşdırmışdı.

Onlar Dunayın qərbindəki German qəbilələrindən olan Longobardlarla birləşərək şərqi Macarıstandakı Gepidləri özlərinə tabe etdilər və 568-ci ildə Lonqobardların cənubi İtaliyaya köçməsi ilə bərabər müasir Macarstanı tamamən işğal etdilər. Beləliklə Avarlar Avropada öz dövlətlərinin əsasını qoydular və 200 il Avar Xaqanlığı adı ilə hakimiyyətdə oldular.

8-ci əsrin sonlarında Avar xaqanlığı ilə Frank dövləti arasında uzunsürən müharibə başlandı. 823-cü ildə franklar avarların Pannoniya ərazisini tutdular. Avar dövləti süqut etdi.

Hazırda Şimal-Qərbi Azərbaycanda və Dağıstanda yaşayan avarlar qədim avar türklərinin nəsilləri hesab olunur.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ