Ağ Hun İmperiyası

Ağ Hun İmperiyası
Tarix :

12-01-2018, 17:09

Ağ Hunlar və ya Eftalitlər— Hunların qərb qoludur. Paytaxtı Bəlx şəhəri olub. Tenqriçilikdəki simvolizmə görə qərbi ağ rəng simvolizə edirdi. Xan Çao dövlətinin dağılmasından sonra Xarəzmə gələn hunlar iki hissədən ibarət idi. Qərbdə, Xəzər dənizinin şərq sahillərində yaşayan Ağ Hunlar və cənubda Hindistanın şimalı və Əfqanıstanda yaşayan Qırmızı Hunlar. Qırmızı hunlar, Ağ hunlar, Avarlar, Kutriqurlar və Onoqurlar qərblilər tərəfindən Xionitlər adlandırıldılar. Ağ hunlar əvvəllər Qırmızı Hunların yaratdığı dövlət olan Kidar imperiyasında yaşayırdılar. Onların dövləti sonralar Sasanilər, Kabulşahlar və Göytürklər arasında bölündü.

Ağ Hunların adları fərqli dillərdə fərqli səslənir. Çinlilər Yanda (嚈噠) deyirdilər . Koreyalılar isə onlara Yeoptal deyirdi. Yunanlar Heftal adlandırırdı.

Roma tarixçi Prokopiusa əsasən Ağ Hunlar Avropa Hunlarından (Qara Hunlar) fərqli olaraq köçəri deyildilər və öz şəhərləri var idi. Ağ Hunların Xarəzmdə başçısı Ağsuvar idi. Fars mənbələri onu Xoşnəvaz adı ilə xatırlayır. Ağsuvar himayəsinə götürdüyü I Firuzu İran taxtına çıxardı. Firuz, bunun qarşılığında Tirmiz və Vazgird bölgələrini Ağ Hunlara verdi. Ancaq yetərincə gücləndiyini düşünən Firuz, Ağ Hunlara döyüş elanı verdi. Ağsuvar ilə Firuzun orduları qarşı-qarşıya gəldi. 484-cü ildə Heratda olan döyüşdə Ağsuvar Firuzu pusquya saldı. Firuz övladları ilə birlikdə öldürüldü. Firuzun iki qızı əsir alındı. Bundan sonra Sasani dövlətində çevrilişlə taxta gələn Balaşı devirən hunlar taxta Qubadı oturtdu.

I Xinqila, Toraman, Mihiraqula, Laxana Udayahitya, Xinqala Narendratitya, Purvaditya adlı hökmdarlar ağ hun hökmdarları olmuşlar. 

Eftalitlərin bir qolu olan Hind-Eftalitlər 600-cü illərəcən yaşamışdı.

530-550 illəri arasında Ağhunlar məruz qaldığı hücumlar zamanı müvəffəqiyyətli ola bilmədilər və dövlət 567-ci ildə süqut etdi. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ