Qərbi Hun İmperiyası

Qərbi Hun İmperiyası
Tarix :

12-01-2018, 17:07

Qərbi Hun İmperiyası Böyük Hun İmperiyasının parçalanmasından sonra onun qərb qanadında yaranmış bir imperiyadır. 

Böyük Hun İmperiyasının zəiflədiyi və Çinə qarşı gerilədiyi dönəmdə, hökümdar olan Sağ Yabgu Hohanye, Çinə qarşı yaxın bir durum olmuş hətta lazım olduğunda Çinin idarəsi altına girə biləcəyi düşüncəsində olduğu üçün ağabəyi (böyük qardaşı) olan Sol Yabgu Ciçi, qardaşıyla mubarizəyə girmiş, Hohanyenin müsbət əlaqələr qurmaq üçün Çinə getməsi ilə idarəçiliyi əlinə alaraq hökümdarlığını elan etməsi nəticəsində Böyük Hun İmperiyası Şərqi və Qərbi Hun İmperiyası olaraq ikiyə bölünməsinə səbəb olmuşdur. 

E.ə.54-cü ildə gerçəkləşən bu mücadilə nəticəsində Böyük Hun İmperatorluğu, fiziki olaraq Şərqi ve Qərbi Hun İmperatorluğu olaraq ikiyə bölünmüş oldu. Şərqi Hun İmperatorluğunun başında duran Hohanye, Çin ile yaxın əlaqələr quraraq Qərbi Hun İmperatorluğuna cəbhə açdı. Ciçi isə Qərbi Hun İmperatorluğunun başına keçərək Çini və Çin ilə iş birliyi quran qardaşı Hohanyeyə qarşı sərt mövqe aldı. 

Ciçi Yabgu qardaşı Hohanyeyə görə daha sərt və məğlubiyyəti qəbul etməyən biri idi. Bir çox tarixçilər Ciçini Böyük İmperator Meteyə bənzədir.  Ciçinin məqsədi Hun İmperatorluğunu əvvəlki gücünə qaytarmaq və Çinə qarşı üstünlük saxlayaraq olduğu coğrafiyanı idarə edən tək imperatorluq halına gətirməkdir. Qardaşı Hohanye isə, Çinin gücləndiyini və Hun İmperatorluğunun Çin ilə mübarizə etməyəcəyini düşünərək müsbət yöndə əlaqələr qurmaq və lazım olarsa Çinin idaresinə girmək düşüncəsində idi. Bu anlaşmadan sonra Ciçi üçün qardaşı Hohanye və Çin eyni düşmənlər oldu. 

E.ə.36-cı ildə qərbi Türküstan bölgəsində yaşanan bir anlaşmazlıq səbəbiylə bölgəyə gedən Ciçi, birlikləriylə savaşa qatıldı. Ancaq havanın çox soyuq olması əskərlərinin böyük bir qismini itirdi. Qırğız bölgəsinə 1500 əskərlə yetişən Ciçi heç gözləmədiyi bir anda qardaşı Hohenyenin müqaviməti ilə  qarşılaşdı. Qala savaşı şəklində gerçəkləşən bu savaşda Çin dəstəyi ilə Hohanye və Ciçi 2 gün boyunca döyüşdü. Ciçi bütün qoşunu ilə birlikdə bu bu döyüşdə həyatını itirdi və Qərbi Hun İmperatorluğu bu döyüşlə tarix səhnəsindən silindi. (E.ə.36-cı il)

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ