Kazan xanlığı

Kazan xanlığı
Tarix :

12-01-2018, 16:58

Qazan xanlığı - Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. Paytaxtı Kazan şəhəridir.

Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi. Səlnamələrdə yazıldığına görə Kazan şəhəri təxminən 40 ilə yaxın dağılmış bir vəziyyətdə qaldı. Beləliklə, yeni bir inzibati mərkəz yaradıldı. Həmin mərkəz Kazan adlandırıldı. Şəhərin ərazisindən axan çay da Kazan çayı adlanırdı.

Qazan xanlığı Tatarıstan Respublikası, Başqırdıstan, Çuvaş, Mari, Mordoviya və Udmur və s. əraziləri əhatə etmişdir.

Qazan ulusunun yerində qurulan xanlığın yaradıcısı Toxtamışın nəvəsi Qızıl Ordu hökmdarlarından olan Uluq Məhəmməd xandır. Uluq Məhəmməd xan Suzdal knyazlığını məğlub edərək, Moskva knyazlığını da özünə tabe etdi. Uluq Məhəmməddən sonra oğlu Mahmud, ondan sonra Mahmudun oğlu Xəlil, Xəlildən sonra qardaşı İbrahim taxta çıxmışlarsa da elə bir önəmli uğur qazana bilməmişlər. Ümumiyyətlə, 115 illik Qazan xanlığı tarixində on doqquz dəfə xan dəyişikliyi olmuş, nəticədə dövlət daxili mücadilələrin və taxt qovğalarının təsiri ilə zəifləməyə başlamış, bundan istifadə edən Moskva çarı IV İvan 1552-ci ildə Qazan xanlığına son qoymuşdur.

Kazan xanlığının ərazisi indiki Tatarıstan Respublikasının bir hissəsini təşkil edir. Xanlığın ərazisi Volqa çayının sağ sahillərindən Kama çayına qədər olan geniş bir sahəni əhatə edirdi. Bu yerlər ən qədim yaşayış məskənləri olmuşdur. Buranın ilk sakinləri marilərin, mordvaların, udlaudların əcdadları olmuşdur. Eramızın III-IV əsrlərindən başlayaraq bu yerlərə türkdilli tayfalar da axışıb gəlmiş burada məskunlaşmışlar. Viyatka çayı sahilində Udmurtlar, geniş meşə ətəklərində çuvaşlar, mordvalar, marilər, başqırdlar yaşayırdılar. Kazan xanlığının şimal və cənub sərhədləri dəqiq müəyyən deyildir. Qərbdə Kazan xanlığının ərazisini Moskva knyazlığından Sura çayı ayırırdı. Şərqdə Kazan xanlığı Viyatka çayına qədər uzanırdı. Cənub bölgələrində Noqaylar yaşayırdılar. VIII-X əsrlərdə Volqa ilə Kama çayı sahillərində məskunlaşan bulqar tayfaları uzun müddət yerli xalqlarla bir yerdə yaşayaraq qaynayıb qarışaraq Volqa-Kama bulqarları yaranmışdır. Mənbələrin verdiyi məlumatlara görə Kazan tayfaları vahid bir xalq kimi XIII əsrdə monqolların hücumlarından sonra formalaşmışdır.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ