Səfəvilər dövləti

Səfəvilər dövləti
Tarix :

12-01-2018, 15:10

Səfəvilər — 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmiş, Azərbaycan varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı,Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.

Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Qızılbaş dövləti" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. 

Azərbaycanın qızılbaş tayfaları (dövlətin mənbələrdə “Qızılbaş dövləti” kimi qeyd olunması da məhz bu tarixi gerçəklikdən qaynaqlanır) və Ərdəbil feodalları Səfəvilər dövlətində aparıcı rol oynamışlar. I Şah İsmayılın oğlu I Təhmasib də Azərbaycan torpaqlarının birləşdirilməsi siyasətini davam etdirirdi. 1538-ci ildə Şirvanşahlar dövləti ləğv edildi və Səfəvilər dövlətinə qatıldı, 1551-ci ildə isə Şəki ərazisi Azərbaycan Səfəvilər dövlətinə birləşdirildi. XVII əsrin sonlarından başlayaraq Səfəvi dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrünə qədəm qoydu. 1736-cı ilin martında Nadir Əfşar Muğanda tacqoyma mərasiminə toplaşmış feodallar tərəfindən şah elan edildi. Beləliklə, Səfəvilər sülaləsinin hakimiyyətinə rəsmən son qoyuldu.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ