Dəf

Dəf
Tarix :

12-01-2022, 20:49

Dəf - zərb aləti.

Orta əsr musiqi məclislərini dəfsiz təsəvvür etmək mümkün deyildi.

Miniatür sənət əsərlərində təsvir edilmiş saray musiqi məclislərində çəng-ney-dəf, bərbət-çəng-ney-dəf, ney-tənbur-dəf kimi alət qruplarında dəfin xüsusi yeri olmuşdur. Sağanağına dörd yerdən hər birində bir cüt mis camlar bərkidilir ki, bu da idiomembranlı alətin səs tembrini təmin edir. Sağanağı qoz, üzü isə balıq dərisindən hazırlanır.

Dəfin diametri 250–260 mm, sağanağının qalınlığı 45–50 mm-dir. Hazırda nadir hallarda istifadə etmək olar.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ