TAM-ın sədr müavinindən İlham Əliyevə TƏBRİK

TAM-ın sədr müavinindən İlham Əliyevə TƏBRİK
Tarix :

24-12-2021, 17:04

Müzəffər Ali Baş Komandana

Müzəffər Ali Baş Komandan, Cənab İlham Heydər oğlu.

Türkün şanlı tarixinin  müqəddəs səhifələrindən olan 44 gündə qəhrəman oğullarımız öz qanı, yenilməz silahlı qüvvələrimiz öz peşəkarlığı, rəşadəti və Siz, Müzəffər Ali Baş Komandan öz qətiyyətli mövqeyiniz, cəsarətinizlə son 200 ildən yuxarı olan tariximizin ən şanlı səhifəsini yazdınız. 

8 noyabr – qəhrəman əsgərlərimizin dünya hərb tarixində yeni səhifə yazdıqları Şuşanın azad edildiyi gün, Siz müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ruhu qarşısında baş əyib “… Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” deməklə bir daha dədə kökə bağlı oldu]unuzu, Türkün dədələrdən miras qalan törəsinə bağlılıq-sadiqlik nümayış etdirdiniz.

Sizin sayənizdə dost da, düşmən də gördü ki, qədim Oğuz yurdunda dədə əcdadlarımızın qutladığı üç tonqal yandırılıb. Bu, eyni zamanda müasir zamanda bütün dünyanın göz önündə Türkün yenidən dirilişinin bir daha sübutu oldu.

Yolunuz qəhrəman babalarımızın yoludur! Babaların qutladığı bu müqəddəs yolda ulu Tanrıdan Sizə möhkəm can sağlığı arzu edirəm.

DOĞUM GÜNÜNÜZ QUTLU OLSUN! TÜRKÜN TÖRƏSİNƏ SADİQ OLAN – İLHAM HEYDƏR OĞLU! TANRI SİZİ QORUSUN!

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ