Başqırdıstan

Başqırdıstan
Tarix :

12-01-2022, 10:41

Başqırdıstan - Rusiya Federasiyası subyektlərindən biri.

Respublikanın ərazisi 143.9 min kvadrat kilometrdir. Paytaxtı Ufa şəhəridir. Ural dağlarının cənubu və bu civardakı düzənlikləri əhatə edir. Bugünkü Başqırdıstan ərazisinə ilk yerləşim erkən Paleolit dövründən başlamışdır, amma xüsusiylə Tunc dövründə əhalinin sayı artmışdır. Onların ilk sabit yerləşim yer kimi cənubi Ural dağları sayılır. Başqırdıstan sözünün mənşəyi buranın yerli xalqı olan Başqırdlardan gəlir. Ölkənin rusca adı olan "Başkıriya" adı XVI əsrin sonlarında verilmişdir.

Başqır adına ilk dəfə VII əsrdə rast gəlinmişdir. X əsrdə Əl-Bəlkinin Başqırdlar haqqında yazdığına əsasən onlar iki yerə bölünürdü: bir qismi cənubi Uralda, digər qismi isə Bizanssərhədlərinə yaxın - Dənubə çayının sahillərində yaşayırdılar. Onunla eyni dövürdə yaşamış İbn Rüstənin təsfirinə görə isə Başqırlar Ural dağlarının hər iki tərəfində məskunlaşmış müstəqil bir xalq idi.

Başqırdıstan Muxtar Respublikası Cənubi Uraldan qərbə doğru, Belaya və Kama çaylarına qədər uzanır. XII əsr ərəb coğrafiyaçısı Əl İdrisinin məlumatlarına görə, qədim Başqırdıstanda Kastra, Mastra, Karukiya, Gurhan və Nimcan adlı beş şəhər olmuşdur. Nimcan şəhərinin əhalisi Xəzər xaqanlığı, Orta Asiya bölgələri və İran ilə ticari münasibətlərdə olub. Ərəb mənbələrdəki məlumatlar, Qərbi Avropa xəritələrində də yer alır. 1552-ci ildə Qazan xanlığının süqutundan sonra Başkurt və Tatarlar ruslara qarşı birlikdə üsyan qaldırmış, lakin, XVIII əsrin sonlarında ruslar tərəfindən işğal edilmişdir. Başqırtca daha çox danışıq dilində istifadə edilmişdir. 1926-cı ildə isə ilk başqırtca kitab nəşr olunmuşdur. Etnik quruluş olaraq Tatarlara yaxındırlar. 

2002-ci ildə rəsmi siyahıya alınmaya əsasən bildirilir ki, respublikanın əhalisi təxminən 4.104.336 nəfərdir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ