Çingiz Xan

Çingiz Xan
Tarix :

15-01-2022, 19:07

Çingiz xan bir çox Asiya xalqlarına qəddarcasına hücumlar etmiş və qüdrətli imperiya yaratmış monqol hökmdarı olub. Onun əsl adı Temurçin (mənası “dəmirçi”) idi.

Temurçin mərhum atasının yerinə keçərək kiçik köçəri monqol tayfasına başçılıq etməyə başlayanda cəmi 13 yaşı var idi. O, tezliklə qonşu tayfaları da özünə tabe etdi.

1206-cı ildə Çingiz xan (mənası “qüdrətli”, “dəniz”) adı ilə bütün monqolların xanı seçildi. Çingiz xan Mərkəzi Asiyanın geniş çöllərində yaşayan dözümlü və qəddar köçərilərdən ibarət nəhəng bir ordu topladı. Sonra o, qonşu torpaqları işğal etməyə başladı. Onun qoşunları cənub-şərqdə Çinin Beytszin (Pekin) şəhərinə kimi, cənubda Tibetə və müasir Pakistan və Əfqanıstan ərazilərinə kimi çatdılar. Onlar cənub-qərbdə İranı və Rusiyanın cənubunu işğal etdilər. 

Çingiz xanın ölümündən sonra digər monqol xanları yeni torpaqlar işğal etdilər və imperiyanı bir az da böyütdülər. 


TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ