Atilla Xan

Atilla Xan
Tarix :

15-01-2022, 18:47

Attila türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı.

Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib.

Muncuq Xan oğlu Attila Xan

Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır. Bu səbəblə də Avropa mənbələrində "Tanrının Qamçısı" olaraq adlanır. Amma Macar və Türk mənbələrində adından hörmətlə bəhs edilir.

Xarici görünüşcə Atillanı təsvir etsək belə demək münkündür ki o qıyıq gözlü, orta boylu, seyrək saqqala malik enlikürək biri idi. Müxtəlif mənbələr onun doğulma tarixini fərqli- fərqli göstərsədə əsas etibarı ilə 395-ci il ilə 406-cı illər arasında doğulduğu düşünülür.Onun atası Hun İmperiyasının qurucularından olan Muncuk xan olmuşdur.

Atilla adının haradan götürülüdüyü haqqında bir çox fikirlər var, belə ki bəzilər onun Qot dilindən götürüldüynü iddia edir. Qot dilində mənası "Atta" yəni ata mənasını verdiyinə inanırlar. Bəziləri isə onun qədim türkcədə "hörmətli, məşhur" kimi tələffüz olunduğuna inanırlar. Hətta adın İtil çayındanda (volqa) götürüldüyünü düşünənlərdə var. Sözünə sadiq birsi olmaqla yanaşı, əsgərləri ona böyük hörmət və inam bəsləyirdilər. Atilla Tanrıya inamı ilə digər hökümdarlardan çox fərqlənirdi. O, inancına sadiq və digər inanclara da öz inancı qədər hörmət edən şəxs idi. Hətta buna Roma Papası Leonun onun qarşısında diz çökdüyü zaman bundan narahat olaraq onu ayağa qaldırması onun inanclara necə hörmət etdiyini göstərir.

Onun ordusu qərbi və şərqi Roma dövlətlərinin ordularından çox üstün idi və orduda Atillaya inam tam idi. Onun ordusu macarlardan, güclü süvarilərdən və müxtəlif növ silahlardan (nizə, qılnc) təşkil olunmuşdu. Orduda güclü nizam-intizam yaradılmışdı.

Attila bütün qərbi öz əlinə alandan sonra indi də şərqə – İrana hücum eləmək istəyirdi. İtaliya səfərindən sonra İldiko adlı bir şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat etdi. Bunun sui-qəsd olduğu düşünülür. Amma belə bir versiya da var ki, onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü. Attilanın ölümü hunları matəmə qərq etdi. Rəvayətə görə, onu dəfn edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub. Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Attilanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ