Alp Arslan

Alp Arslan
Tarix :

15-01-2022, 17:27

Alp Arslan — Səlcuq sultanı.

Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq Dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu olan Alp Arslan, kiçik yaşlarından hərbi işlərlə məşğul olurdu.

Şərqin və Qərbin hakimi Toğrul bəy 1063-cü ildə təxminən 70 yaşında dünyasını dəyişəndə, onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Qutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi.

Alp Arslan 15 dekabr 1072-ci ildə Əfqanıstanda vəfat edib.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ