Böyük Hun İmperiyası

Böyük Hun İmperiyası
Tarix :

12-01-2018, 17:01

Böyük Hun İmperiyası — Orta Asiyada e.ə. 220-cü ildə yaranmış bir bozqır dövlәti. Paytaxtı Lonqçenq şəhəridir.

Xunnu e.ə III əsrdən eramızın I əsrinə qədər Asiya çöl zonasını tutan köçəri tayfalardan ibarət olmuşdur.Çin mənbələrinə görə onlar e.ə 209-cu ildə Modu Şanyunun(Mete xan) başçılığı altında imperiya yaratmışdılar.Bu imperiya (e.ə 209-93) müasir Monqolustanın sərhədlərindən kənara çıxırdı.Eradan əvvəl II əsrdə özlərindən əvvəlki əsas qüvvə Yueçji-yə qalib gələndən sonra şərqi Asiya çöl zonası və mərkəzi Asiyada əsas güc halına gəldilər.Onlar Sibir, Monqolustan,daxili Monqolustan,Sintizyan,və Qansu ərazilərində aktiv idilər.

Xunnu dövlətinin əsas milli kimliyi bir çox fərziyələrə yol açmışdır,çünki çin mənbələrində çox az söz,titullar və şəxsi adlar qorunub qalmışdır.Xunnunun etnik tərkibi barədə alimlər multi etnik də daxil olmaqla, monqol, türki , yenisey , toxariyan, irani, və ural təklifi irəli sürüblər.Xunnu adı Hunlarla əlaqəli ola bilər,amma bu sübut mübahisəlidir.

E.Ə 209-cu ildə, Xan sülaləsinin əsasının qoyulmasından 3 il sonra, yeni şanyu:Modu Şanyunun başcılığı altında Xunnu güclü bir konfederasiya halını aldı.Bu yeni siyasi birlik onları daha qorxulu dövlətə çevirdi ,daha böyük orduların yaradılmasına və daha yaxşı strateji mövqelərdə məşqlər aparılmasına şərait yaratdı.Bu konfederasiyanın yaradılma səbəbi bilinmir. Xunnu ağır işlərdə qul əməyi kimi bir çox çin kənd təsərrüfatı texnikaları işlətməyə, çinlilər kimi ipək geyinməyə, və çin memarlıq üslubunda tikilmiş evlərdə yaşamağa Hunlar hal-hazırkı Monqolustan ərazisində və Çinin şimali-qərbində həyatlarını davam etdirirdilər. İlk bilinən hökmdarları Mete şanyüdür. Çinlilər önünə keçə bilmədikləri hunların hücumlarının qarşısını almaq üçün "Böyük Çin Divarı" (Çin Səddi)ni inşa etmək məcburiyyətində qalmışlar. Bu tikili, günümüzdə hələ də bir dünya möcüzəsi olaraq qəbul edilməkdədir. Minq sülaləsi dövründə də yenilənən böyük divarın bir çox qismi sağlamlığı ilə günümüzdə hələ ayaqda qalmaqdadır.

Hun dövləti başında olan şəxs "Tanhu" ya da "Şanyü" olaraq çağırılırdı. Tanhu sözü bir ünvan olaraq "sonsuz genişlik" anlamına gəlməkdədir. Hökmdarlıqda müqəddəslik anlayışı vardı. Hökmdarlığın tanrıdan keçdiyi görüşü vardı. Ölkə, dini adət hökmlərinə görə idarə olunurdu. Şanyünun vəzifəsi, ölkədə dirliyi sağlamaq, ədaləti gerçəkləştirmək, orduya rəhbərlik etmək, məclisi idarə etmək olaraq sıralana bilər. Vəliəhdlik sistemi ailə böyüklüyünə görə idi. Əgər şanyü öldükdə oğlu yetkin deyilsə taxta şanyünün qardaşı keçirdi. Bu qayda Huxanye dövründə dəyişdi. Şanyüdən sonra Sağ və Sol Müdrik şahzadələr gəlirdi. Sol Müdrik şahzadə əsasən bir sonrakı şanyü olurdu. Sonrakı pillədə Sağ və Sol Qulilər, Sağ və Sol Dunqular, Sağ və Sol Kutular gəlirdi.

Dilçilikdə ən böyük problemlərdən biri də hunların mənşəyi və dili olmuşdur. 200 ildən bəri davam edən bu mübahisələrdə E.H. Parker, Jan Pyer Abel-Remusat, Julius Klaprot, Kurakiçi Şiratori, Qustav Ramstedt, Annamariya von Qabeyn və Omelyan Pritsak kimi alimlər Hunların türklərin kökü olduğunu demişdilər.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ