Cəlairilər dövləti

Cəlairilər dövləti
Tarix :

12-01-2018, 16:33

Cəlairilər sülaləsi — 1336-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş monqol xanədanıdır. Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər.

Nəzərə alsaq ki, "lar" türk dillərində cəm hal şəkilçisi bildirir, təxmin etmək olar ki, "cəlair" etnonimi başlıca tayfanın adından yaranıb xüsusən ona görə ki, "cəlair" adına qədim türklərin tərkibində VIII əsr toqon traktatında colto tayfası haqda işarə istisna olmaqla XI əsrə qədər tarixi mənbələrdə praktiki olaraq rast gəlinmir. "Cad" (cat, azad, yad və s.) etnoniminə tarixdə daha çox təsadüf olunur.

Cadaran oymağı

Qaravun oymağı

Tuqaravun oymağı

Orlat oymağı

Cat oymağı

Nilkan oymağı

Qorqan oymağı

Telengit oymağı

Turu oymağı

Şanqut oymağı

Cəlairilər Hülakü xanın yürüşü dövründə Azərbaycana gəlmiş monqol qəbiləsidir. Cəlairilərin görkəmli nümayəndəsi Şeyx Həsən Cəlairi ( Böyük Həsən ) 1340 –cı ildə Bağdadda Cəlairi dövlətinin əsasını qoymuşdu. Onun oğlu Şeyx Üveyis (1354 – 1374 ) hakimiyyəti dövründə isə:

1. 1359 – cu ildə Təbriz tutuldu və Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil edildi.

2. 1367 –ci ildə isə Şirvan tabe edildi.

3. Cəlairilər dövlətinin paytaxtı Təbriz şəhəri oldu.

Cəlairilər dövlətinin hakimiyyəti dövründə Şeyx Üveyisin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatında canlanma baş verdi.

Şeyx Üveyisdən sonra hakimiyyətə gələn oğlu Şey Həsənin dövründə ölkədə feodal pərakəndəliyi gücləndi və mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı.

1382 – 1410 –cu illərdə hakimiyyətə Sultan Əhməd Cəlairi gəldi.

Ümumiyyətlə 1359-1410 –cu illərdə Azərbaycan Cəlairilər dövlətinin tərkibində oldu.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ