Osmanlı dövləti

Osmanlı dövləti
Tarix :

12-01-2018, 15:02

Osmanlı Dövləti və ya Osmanlı İmperiyası  (Osmanlı türkcəsində: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye) — çoxmillətli və çoxdinli Türk dövləti. 

1922-ci ildə səltənətin qaldırılması və monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etmişdir.

Bu dövlətin qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Әsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. Konstantinopolun adı dəyişdirilmiş və İstanbul adı verilmişdir. 

Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edir. 623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyasıolmuşdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, dövlət Afrikada 395 il (1517-1912), Avropada 561 il (1363-1912;1913-1922), Asiyada bütün ha-kimiyyəti boyu (623 il) qalmışdır.

Ölçülərinə görə nəhəng olan bu imperiya dini icmaların toplumundan ibarət idi. Onun əhalisinin əksəriyyəti müsəlman idi, özü də bura həm ortodoks müsəlmanlar, həm də Druz və Vəhhabi məzhəbləri daxil idi. Bir hissəsi daim Yaxın Şərqdə yaşayan yəhudilər, həmçinin çoxusu yunanlar, ermənilər, Suriyada yaşayan ərəblərin bir hissəsi və maronitlər olan xristianlar da imperiyada yaşayırdı. 

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ