Baybican adı və onun mənası

Baybican adı və onun mənası
Tarix :

23-05-2022, 20:35

Qədim türk dilində hökmdar, rəhbər, knyaz və s. mənalarda olan, müasir ədəbi dilimizdə isə rəsmi və qeyri-rəsmi müraciət forması kimi işlədilməyə başlayan bəy (bəg) titulu "Baybican bəg" antroponimık vahidində həm titul, həm də mürəkkəb quruluşlu adın I komponenti kimi iştirak etmişdir. S.Əlizadə göstərir ki, "Baybican" Bay Bıçan (Biçən) şəklində təsəvvür edilməlidir. Bu isə, yəni "Baybican" adındakı Bıçan//Biçən "peçeneq" etnonimini xatırladır. 

"Peçeneq" Heredotda pavsik (pavçik), Strabonda pasian (paçian), Ptolemeydə bastarna (baçtarna) şəklindədir. Həmin etnonimə "Kartlis Tsxovreba"da V əsrədək təsadüf edilən türk etnonimləri sırasında "pаçLаnikLni", toponimləri sırasında isə "pаçLаnikLеti" şəklində rast gəlinir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ