Tanrılar

Tanrılar
Tarix :

27-12-2021, 15:30

  • Göy Tanrı və ya Tenqri. Azərbaycan dilində "Tenqri" sözündən törəmiş "Tanrı" sözü vardır. Azərbaycanlılarda Allahı göylə düşünmə təmayülü vardır. Tanrıya şükr edilərkən Günəşə dönər və ya şükr edilən nemət Günəşə çevrilərdi. Günəşdə ilahi bir hikmət olduğu qəbul edilərdi.
  • Ulu Ana. Azərbaycan mifoloji mətnlərində göstərilir ki, dünyanın sonu gələndə bütün yaranmışlar ölüb gedəcəklər, tək bir Qarı nənə və bir də qurd qalacaqdır. Dünyanın sonundan danışılan esxatoloji miflərdə qarı obrazına təsadüf olunması həmin süjetlərin kosmoqonik miflər sırasına aid olması baxımından yaradılış aktındakı Ulu Ağ Ana obrazını yada salır. Azərbaycan mifoloji mətnləri içərisində kosmik qəzanı təsvir edən mif mətnindəki qarı isə ölüb dirilməni işarələyən yerin özünü rəmzləndirir. Bütün bunlar mifoloji qarı obrazının yaradılış aktındakı mifik ilahə Ana kompleksindən gəldiyini və onun atributlarını daşıdığını göstərir.
  • Ağac Ata və ya Ağac kişi. Dağ meşələrində yaşayan ruhlardır. Xoşagəlməz qoxuya sahib olub, meymunla insan arasında görünüşə malikdirlər, hər iki cinsə aid nümayəndələri tüklüdür. İnanılır ki, yemək axtaran ağac-kişilər gecənin qaranlığında bağçalara və bağlara baş çəkir, insanlar tərəfindən atılan paltarları geyirlər.
  • Al Ana və ya Hal anası. Pislik tanrıçasıdır. Qırmızı rəngli geyimləri olan, qırmızı saçlı bir qadındır. Doğuş zamanı zahının başının üstündə dayanır. Gözəgörünməz olan Hal anası anaya və ya uşağa xətər yetirmək məqsədini güdür. Ondan qorunmanın müxtəlif üsulları vardır: tüfəngdən güllə atmaq, zahıya kişi paltarı geydirmək və ya adını Məryəm çağırmaq.
  •  
    • Unuqay. Qəbiristanlıq ətrafı ərazilərdə rast gəlinir. O, çox zaman yolla gedən atlıya, yaxud arabalı yolçuya sahibsiz keçi kimi görünür. Keçinin rəngi mətnlərin əksəriyyətində ağ, yalnız bircə mətndə qara verilir. Tapıntının keçi yox, Unuqay olduğu bilinəndən sonra onun ayaqları uzanmağa başlayır. Unuqayın ayaqlarının uzanması onun güclənməsinə səbəb olur.
  • Al Dədə. Yurd hamisi rolu oynayır. Bu mifik təsəvvür türk xalqlarında məğlubedilməz igidlərin dağa dönərək yurdu qoruması inancına çevrilmişdir. Tovuzda "Al Dədə" ocağı bununla əlaqədardır.
  • Albasdı. Türk xalqları mifologiyasında mənfi varlıq olsa da, azərbaycanlılarda doğum ve bərəkətin qoruyucusudur və bəzi uşaqları dərd və bəladan qoruyar.
  • Alvız və ya Dağ ana. Övladları Qoşqar, Murov və Kəpəzdir.
  • Andır xan. Od tanrısıdır. "Lənətə gəlmək" mənasında "Andıra qalmaq" ifadəsi işlədilir. Qara və çirkin mənasında "əntər" sözü də işlədilir.
  • Çenbil. Dağ tanrıçasıdır. Azərbaycanlıların Koroğlu dastanında yer adına çevrilərək Çənlibel dağı olmuşdur.
  • Qanım Xan. İnam tanrısıdır. Azərbaycanda razı salına bilməyən insanlara "qanmaz" deyilir.
  • Qodu. Günəş çağırmaq və ya yağış yağdırmaq üçün tanrı. Qodu-qodu mərasimi bununla bağlıdır.
  • Saya xan. Heyvandarlıqla məşğul olanları qoruyur. Saya mərasimi bununla bağlıdır.
  • Tufan div. İldırım tanrısının ildırım çaxanda qız qaçırması mifinə uyğunluq "Tapdıq" nağılındakı Tufan divdə də görülür.
  •  
    • Tapdıq. Tufan divin oğludur, Göy Oğlu kimi göydən yerə atılır və tapıldığı üçün adına Tapdıq deyilir.
    • Umay Ana. Azərbaycan inanclarında Humay qayasına başını qoyub yatan qadının uşağı olardı.
    • Fatma qarı. Azərbaycan, Şərqi Anadolu və Şimali İraqın bəzi bölgələrində Umay Ananın vəzifələrini etnik-mədəni çərçivədə Fatma qarı motivi həyata keçirir. O, Azərbaycan inanclarında belində oxu və yayı olan bir varlıq şəklində göstərilir. Fatma qarı yayın göyə tutanda bolluq, yerə tutanda qıtlıq olur.
  • Yada. Yağış yağdıran tanrıdır. Öz adı ilə adlandırılan səma daşını yerə endirmiş və ya onu yerdə himayə etmişdir.
  • Yahu. Xəzərətrafı regionlarda balıqçılıq nəğmələrində adı keçir.
  • Yel Baba. Keçmişdə taxıl sünbüldən çıxandan sonra buğdanı samandan çıxartmaq üçün çağrılırdı: "Taxılımız yerdə qaldı, yaxamız əldə qaldı. A Yel baba, Yel baba, Qurban sənə, gəl, baba!"
  • Yer Ana. Novruz bayramında torpağın iki tərəfdən qazılması və altından keçidin düzəldilməsi, sonra insanların oradan keçməsi yer kultunun bir qalığı olub, torpaq ruhu və Yer Ana ruhundan yenidən canlanmağı ifadə edirdi. Türk mifologiyasında Yer Ana ilə əlaqələndirilən, zəif doğulan körpəni köhnə məzara qoyaraq bir gecə orada saxlamaq adətinin başqa bir forması Azərbaycan nağıllarında görülür. Ət parçası kimi doğulan uşaq Simurq quşu tərəfindən bir çayın suyunda üzdürülür və daha sonra uşaq gözəlləşir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ