Ayzıt

Ayzıt
Tarix :

17-01-2022, 22:58

Ayzıt - yakut mifologiyasında gözəllik ilahəsi.

Digər adları Ayığsıt, (Ayıhıt, Ayısat) Xatundur. Məhəbbətin və gözəlliyin simvoludur. Onqonu qu quşudur. Qu quşları bu səbəblə müqəddəs sayılar və toxunulmazdır. Qu quşları forma dəyişdirmiş müqəddəs qızlar olaraq qəbul edilir. Ayığsıt gümüş tüklü bir madyan formasına çevrilə bilər və göydən yer üzünə bu şəkildə enər. Madyan qılığındaykən quyruq və yelelerini qanad kimi istifadə edər. Meşələrdə gəzməyi sevər. Ağ bir kalpağı, çılpaq çiyinlərində ağ bir şərfi vardır. Uşaqları və heyvan balalarını qoruyur. İnsanlara sevgi ilham edər. Sarayının qapısında əllərində gümüş bakraçlar və gümüş çubuqlar olan yasakçıları (gözətçiləri) vardır.

Bu yasakçılar pis insanları içəriyə buraxmırlar. Ayzıtın qızları vardır. Onlar da qu cildinə girə bilərlər. Ayzıtın qızları cadulu ağ bir tülü giyinince qu quşuna çevrilərlər. Ağ durna quşu da digər simvollarındann biridir. Şumerlərdə Ay ilahəsi olan Aya da işıq saçmaktadır və adı da bu anlamla əlaqəlidir. Eşq hər zaman işıqla və parlaqlıqla işarələnilməkdədir.

TURAN ARAŞDIRMA MƏRKƏZİ
image_print Çap Et

XƏBƏR LENTİ