Vətən Uğrunda Emin Kazımov - ŞƏHİD

Vətən Uğrunda Emin Kazımov - ŞƏHİD

Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sonsuz sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Turan Araşdırma Mərkəzi və ONN TV-nin birgə layihəsi “Vətən Uğrunda” çərçivəsində şəhidlərimiz diqqətdə saxlanılır, şərəfli ömür və döyüş yollarından geniş məlumat toplanılır.

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan Kazımov Emin Fərman oğlu 1987 -ci il, 7 dekabrda Yevlax şəhərində anadan olmuşdur. Emin Kazımov 44 günlük Vətən Müharibəsində torpaqlarımızı erməni tapdağından azad edərkən qəhramancasına şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimiz Emin Kazımovun yaxınları və doğmaları şərəfli ömür və döyüş yolundan danışıblar.

Xatırladaq ki, layihənin ideya müəllifi TAM sədr müavini Cavid İsmayıldır.
[media=https://youtu.be/blyw3LKPYGg]

Geri qayıt