“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb

“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb

Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri – “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” adlı kitabı üç dildə, anadolu türkcəsi, rus və erməni dillərində çapdan çıxıb. Kitabın redaktoru AMEA-nın müxbir üzvü mərhum Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.

Turanaz.com - un Turan Araşdırma Mərkəzindən əldə etdiyi məlumata görə, müəllif işğalçı rus imperatorluğunun “Mərkəzi Baş kilsəsi”nin himayədarlığı altında Eçmiədzin kilsəsi qədim Naxçıvanın Oğuz – Türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu “erməni Naxçıvanı” adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Bu fantastik mif ilk dəfə professor Əjdər Tağıoğlu “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” əsərində elmi-tarixi faktlarla darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək o nəticəyə gəlir ki, tarixdə nə “Dünya Daşqını” baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin “əcdadı” hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi m.ö. 5000-ci illərə gedib çıxan Şumer-Türk əhalisinin abidəsi olan “Bilqamıs” dastanının XI bölməsindən götürmüş, m.s. “Bibliya”da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çeviriblər.

Müəllif araşdırmasında nəticəyə gəlinir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrin I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu “erməni Naxçıvanı” iddiası yarıdilənçi qaçqın, köçəri ermənilərin “qədim Qafqaz tarixi” qədər illuziyadır, mifdir!

Xatırladırıq ki, ilk dəfə azərbaycan dilində 2019-cu ildə işıq üzü görən bu kitabın daha geniş oxucuya çatdırılması üçün kitab Anadolu türkcəsində, rus və erməni dillərində oxucuların ixtiyarına təqdim edilir.

Kitabı Anadolu türkcəsinə çevirən AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, rus və erməni dillərindən tərcümə edənlər Rəhim Babayev və Sənubər Abdullayevadır.

Geri qayıt