Əjdər İsmayılov Qazaxıstanda 10 yanvar milli matəm günü ilə bağlı başsağlığı verdi

Əjdər İsmayılov Qazaxıstanda 10 yanvar milli matəm günü ilə bağlı başsağlığı verdi

“Turan Araşdırma Mərkəzi” ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılov  Qazaxıstanda 10 yanvar  Milli  Matəm  Günü  ilə  əlaqədar öz feysbuk  səhifəsində   başsağlığı  verib.

Başsağlığında  deyilir-Turan elləri, bu gün amansız, xain əllər  qardaşlarımız olan Qazax Türklərinin Dövlətçilik tarixinə qanlı əllərini uzatmaqdadır. Qoy düşmən sevinməsin ki, onlar Qazax dövlətini məhv edə bilərlər. Qara-məkrli qüvvələr anlamalıdırlar ki, Qazax Türkləri öz Dövlətlərini canı-qanı bahasına qoruyacaq və müqəddəs bayraqları əbədiyyətə qədər məğrurla dalğalanacaqdır.

Əziz Qazax qardaşlarımız, sizinləyik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm! Başın sağ olsun, Vətən-Turan elləri!

Geri qayıt