Tatarıstan

Tatarıstan

Tatarstan — Şimal-Qərbi Asiyada yerləşən müstəqil respublika.

Ərazisi 68,000 km² əhali sayı isə 3,893,800 nəfərdir ki onların əksəriyəti tatarlardan təşkil olunur. Tatarıstanın paytaxtı Qazan şəhəridir.

VI əsrdə Xəzər imperiyasının süqutu ilə qərbə və şimala köç edən Qıpçaq tayfasına aid bir türk qövmü olan Bulqarlar Asparuk xanın əmri ilə qərbə getdi və Bulqar dövlətini qurdular. Bu dövləti quran türklərin ataları tatar və çuvaşlar hesab olunur. Tatarıstan bölgəsi 1922-ci ilə qədər Bulqar dövləti kimi tanındı.

Tatarıstan dövlətinin adında olan Tatar adı qonşuları (xüsusən də ruslar) tərəfindən istifadə olunsa da, bəzən qədim və qərb yazarlar tərəfindən istifadə olunurdu, bəzən isə Asiyanın bütün türklərini də tatar adlandırdılar. Bu dövlətin dağılması ilə ortaya çıxan xanlıqlar (Kazan, Krım, Həştərxan, Noqay, Sibir xanlıqları) ümumilikdə Avropalılar və Ruslar tərəfindən Tatar xanlıqları kimi tanınırdı, bu bölgədə olan türklər bu adı yalnız 19-cu əsrdən sonra istifadə etməyə başladılar.

80-ci illərin sonunda Volqaboyu və Sibirin türk xalqları milli muxtar qurumlarının siyasi statuslarının artırılması uğrunda mübarizə aparırdılarsa, SSRİ dağıldıqdan sonra Tatarıstanda müstəqillik meylləri güclənməyə başladı. Tatarıstan Başqırdıstan ilə bərabər Rusiya Federasiyası ilə birbaşa müqavilə imzalamaq təklifini irəli sürdü. Tatar xalqının qurultayı Respublika Ali Sovetinə alternativ orqan olan Məclis təşkil edildi. 1991-1993-cü illərdə Tatarıstanda müstəqillik uğrunda kütləvi hərəkat başlandı. Kazanda isə xalq ordusunun yaradılmasına cəhd göstərildi. Muxtar respublikada prezident seçkisi keçirildi. Mentemir Şaymiyev Tatarıstanın prezidenti seçildi. O, milli hərəkatla parlamentin Moskva meylli müxalifəti arasında çox bacarıqla manevr edərək respublikada sabitliyi qoruyub saxlaya bildi. Tatarıstan Rusiyanın muxtar qurumları içərisində ilk olaraq Suverenlik haqqında Bəyannamə qəbul etdi. Referendum keçirildi və respublika beynəlxalq hüquq obyekti kimi, Rusiya Federasiyası ilə assosiasiya olunan xüsusi statuslu suveren dövlət elan edildi. Lakin Rusiya Federasiyasının Konstitusiya məhkəməsi bu qərarı təsdiq etmədi. Tatarıstan mərkəzə heç bir vergi ödəmədən müstəqil iqtisadi siyasət həyata keçirməyə başladı. Neft ehtiyatları və istehsal gücündən istifadə edən respublika iqtisadiyyatın inkişafı sahəsində böyük nailiyyətlər əldə etdi. 1994-cü il fevralın 15-də Rusiya ilə Tatarıstan arasında dövlət idarələrinin səlahiyyətlərinin bölüşdürülməsi haqqında müqavilə imzalandı. Hər iki tərəf müqaviləni münasibətlərin tənzim edilməsi sahəsində nailiyyət kimi qəbul etdi. Federal hakimiyyət bu müqavilə ilə dövlətin bütövlüyünün saxlanması, Tatarıstan isə xüsusi statusunun möhkəmləndirilməsi hüququnu qazandı.

Bu gün ölkədə 2 milyon tatar, 1 milyon yarım rus mənşəli insan yaşayır. Bundan başqa, çuvaş, çirmişler və udmurtlar, ukraynalılar, mordvinlər və başqır türkləri yaşayır. Təxminən bütün tatarlar müsəlmanlardır. Keresenlər kimi tanınan kiçik bir tatar qrupu ortodoksdur. 

Geri qayıt