Ər­toğ­rul Qa­zi

Ər­toğ­rul Qa­zi

Ər­toğ­rul Qa­zi Os­man­lı döv­lə­ti­nin qu­ru­cu­su Os­man Qa­zi­nin ata­sı­dır. Oğuz­la­rın Bo­zok qo­lu­na bağ­lı Ka­yı bo­yun­dan Sü­ley­man şa­hın oğ­lu­dur. Ana­sı Hə­li­mə xa­nım­dır.

Çin­giz xa­nın is­lam məm­lə­kət­lə­ri­ni ta­lan et­di­yi za­man ata­sı Səl­cuq­lu tor­paq­la­rın­da ya­şa­maq üçün qə­bi­lə­si­lə bir­lik­də öl­kə­si­ni tərk edib, Amu-Dər­ya ça­yı­nı keç­mək­lə oğuz­la­rın çox ol­duq­la­rı Ard höv­zə­si­nə, son­ra Xo­ra­sa­nın şi­mal sər­hə­di­nə, ora­dan Qa­ra­qum gö­lü­nün cə­nu­bu­na, ora­dan isə Mərv (in­di­ki Türkmə­nis­tan­dan 30 km şərqdə yer­lə­şən Ma­rı şə­hə­ri) yo­lu ilə Eh­la­ta (gü­ney Ana­do­lu­nun Bit­lis ra­yo­nu­na bağ­lı ki­çik qə­sə­bə) gə­lib. Mon­qol atə­şi­nin Şər­qi Ana­do­lu­nu da sar­ma­sı ilə qə­bi­lə­si­nə da­ha təh­lü­kə­siz bir yer ax­ta­ran Sü­ley­man şah in­di­ki Su­ri­ya əra­zi­si­nə doğ­ru is­ti­qa­mət gö­tü­rür, la­kin Rak­ka ci­va­rın­da Ca­ber qa­la­sı ya­xın­lı­ğın­da Fə­rat ça­yın­dan ke­çər­kən bo­ğu­la­raq ölür.

Ata­sı­nın və­fa­tın­dan son­ra Ər­toğ­rul Qa­zi qə­bi­lə­yə baş­çı se­çi­lir. Bö­yük qar­daş­la­rı Sun­qur Tə­kin və Gün­doğ­du qə­bi­lə­dən öz­lə­ri­nə ta­be olan bir his­sə ilə Eh­la­ta ge­ri dö­nür. Ər­toğ­rul Qa­zi isə qar­da­şı Dün­dar bəy­lə bir­lik­də Qər­bə doğ­ru hə­rə­kət edir. Si­vas ya­xın­lı­ğın­da qo­naq­la­dıq­la­rı za­man Səl­cuq­lu or­du­su ilə bö­yük bir mon­qol bir­li­yi­nin dö­yü­şü­nə şa­hid olur. Səl­cuq­lu­la­rın məğ­lu­biy­yə­tə ya­xın ol­duq­la­rı­nı gö­rən Ər­toğ­rul Qa­zi öz qüv­və­lə­ri­lə on­la­rın yar­dı­mı­na gə­lir və qa­lib gəl­mə­lə­ri­ni tə­min edir. Ər­toğ­rul Qa­zi­nin bu hə­rə­kə­ti­nə min­nət­dar­lı­ğı­nı bil­dir­mək is­tə­yən Səl­cuq­lu döv­lə­ti­nin hökmda­rı Sol­tan Əla­əd­din Key­qu­bad ona il­ti­fat edə­rək xə­lət gön­də­rir və An­ka­ra ya­xın­lı­ğın­da­kı Qa­ra­dağ­lar böl­gə­si­ni ona ve­rir. Ər­toğ­rul bəy bir müd­dət bu­ra­da qal­dıq­dan son­ra Bi­zans sər­həd­lə­ri­nə qə­dər gə­lə­rək Sö­yüd­lü ya­xın­lı­ğın­da olan Aşa­ğı Sa­kar­ya höv­zə­si­nə yer­lə­şir və bu­ra­da Bi­zans sər­həd­lə­rin­də­ki qə­sə­bə və kəndlə­rə axın­lar dü­zən­lə­mə­yə baş­la­yır. Səl­cuq­lu or­du­su ilə İz­nik Rum im­pe­ra­tor­lu­ğu­na bağ­lı qo­şun­lar ara­sın­da baş ve­rən dö­yü­şü Səl­cuq­lu­lar Ər­toğ­rul Qa­zi­nin yar­dı­mı ilə qa­zan­dıq­dan son­ra Əla­əd­din Key­ku­bad mü­ka­fat ola­raq Əs­ki­şə­hər və ət­ra­fı­nı da Ər­toğ­rul Qa­zi­yə ve­rir. Bu qə­lə­bə­dən son­ra Qa­ra­ca­hi­sa­rı ələ ke­çi­rən Ər­toğ­rul qa­zi Sö­yüd­lü üzə­ri­nə yü­rü­yə­rək ora­nı da fəth edir. Sö­yüd­lü­nü yurd ola­raq tu­tan Ər­toğ­rul Qa­zi, Bi­zans sər­həd­lə­ri­nə hü­cum et­di­yi ki­mi, on­lar­la dostluq əla­qə­lə­ri də qu­rub. Sö­yüd­lü­yə yer­lə­şən Ka­yı əşi­rə­ti hər ke­çən gün güc­lə­nə­rək bö­yü­yür.

Os­man­lı sul­tan­la­rı dün­ya­nın ən cən­ga­vər can­gü­dən­lə­ri­nin qo­ru­ma­sın­da hə­rə­kət edib­lər, yan­la­rın­dan nə­in­ki in­san oğ­lu, heç quş da uça bil­mə­yib. Bu, bəl­kə də dün­yə­vi güc­lü­lük, şan-şöh­rət ba­xı­mın­dan çox gö­zəl idi, am­ma nə vaxtsa Ər­toğ­rul Qa­zi və Os­man Qa­zi­nin ət­ra­fı­na yı­ğı­lan ilk axın­çı­lar türkmən öv­lad­la­rı üçün qə­bu­le­dil­məz idi. On­lar üçün baş­çı­la­rı elə öz­lə­ri ki­mi bir türkmən qı­zın­dan do­ğul­muş, nə­nə­si­nin di­zi­nin di­bin­də bö­yü­müş, is­tə­ni­lən vaxt ya­nı­na get­mə­yin və sö­zü­nü de­mə­yin müm­kün ol­du­ğu bi­ri­si ol­ma­lıy­dı. On­la­rın baş­çı­sı dö­yüş­lə­rə ala ça­dır­dan bax­ma­ma­lı, qırx igi­di ilə bir­gə ön cər­gə­də çar­pış­ma­lı idi. Ər­toğ­rul Qa­zi bu is­tək­lə­ri ödə­yir­di. Elə "Qa­zi" ün­va­nı­nı da qon­şu­luq­da olan Bi­zans va­li­lə­ri­nə qar­şı qa­zan­dı­ğı par­laq qə­lə­bə­dən son­ra alıb.

Ər­toğ­rul qa­zi­nin əda­lə­ti, xal­qa qar­şı yax­şı dav­ra­nış və yar­dım­la­rı o qə­dər çox olub ki, xris­ti­an­lar be­lə onu sev­mə­yə baş­la­yıb­lar. Fə­qət Ər­toğ­rul Qa­zi­nin gün­dən-gü­nə güc­lən­mə­si Qa­ra­ca­hi­sar tək­fu­ru­nun xo­şu­na gəl­mə­yib. On­lar Ər­toğ­ru­la qar­şı cəb­hə aç­ma­ğa baş­la­yıb­lar. Be­lə ol­duq­da Ər­toğ­rul Qa­zi Kon­ya­ya ge­də­rək Sul­tan Əla­əd­di­ni bu qa­la­nın fət­hi­nə təş­viq edib və on­lar bə­ra­bər gə­lə­rək Qa­ra­ca­hi­sar qa­la­sı­nı mü­ha­si­rə al­tı­na alıb­lar. Mon­qol­la­rın Kon­ya Ereğ­li­si­ni mü­ha­si­rə al­tı­na al­ma­la­rı ilə Sul­tan Əla­əd­din ge­ri dön­mək məc­bu­riy­yə­tin­də qa­lıb. An­caq Ər­toğ­rul Qa­zi mü­ha­si­rə­yə da­vam edib. Bir müd­dət son­ra qa­la­nı fəth edən Ər­toğ­rul Qa­zi Qa­ra­ca­hi­sar rəh­bə­ri­ni və di­gər əsir­lə­ri qar­da­şı Dün­dar Qa­zi ilə bir­lik­də Kon­ya­ya Sul­tan Əla­əd­di­nin xid­mə­ti­nə gön­də­rib.

Ər­toğ­rul Qa­zi al­tı il bo­yun­ca, Səl­cuq­lu Sul­ta­nı Əla­əd­din Key­qu­ba­dın vəfa­tı­na qə­dər və on­dan son­ra uzun il­lər bo­yun­ca ət­ra­fı­nın fət­hi və Müqəd­dəs İs­la­mın ya­yıl­ma­sı üçün bü­tün gü­cü ilə mü­ca­di­lə edib. Sul­tan Əla­əd­di­nin və­fa­tın­dan son­ra Səl­cuq­lu hökmdar­la­rı ara­sın­da baş ve­rən taxt-tac da­va­la­rı­na heç qa­rış­ma­yıb. An­caq Sö­yüd­lü­nün üç böl­gə­sin­də tək­fur­la­ra və ət­ra­fın­da­kı­la­ra qar­şı apar­dı­ğı mü­ba­ri­zə­yə da­vam edib. Oğ­lu Sav­cı bə­yi Kon­ya­ya Sul­tan Əla­əd­din Key­qu­ba­dın xid­mə­ti­nə gön­də­rib. Sul­tan Əla­əd­din də Bur­sa ilə Kü­tah­ya ara­sın­da­kı Do­ma­niç dağ­la­rı­nı yay­laq, Sö­yüd­lü ilə Qa­ra­ca­hi­sa­rı qış­laq ola­raq Ər­toğ­rul Qa­zi­yə ve­rib. Be­lə­cə, Ər­toğ­rul Qa­zi öz tay­fa­sı ilə bə­ra­bər Sö­yüd­lü­yə gə­lib və Do­ma­ni­çə yer­lə­şib, o ci­var­da ya­şa­yan əf­şar və çav­dar tay­fa­la­rı­nın ət­ra­fa ver­di­yi zə­rər­lə­rə ma­ne olub. Os­man­lı döv­lə­ti­nin qu­ru­cu­su Os­man Qa­zi­nin ata­sı Ər­toğ­rul qa­zi 1281-ci il­də təx­mi­nən 92 ya­şın­da Sö­yüd­lü­də və­fat edib və ora­da dəfn edi­lib.

Ər­toğ­rul Qa­zi­nin və­fa­tın­dan son­ra ki­çik oğ­lu Os­man Qa­zi qövm və qə­bi­lə rə­i­si olub. Os­man bə­yin bağ­rın­dan çı­xa­raq də­niz­lə­ri, di­yar­la­rı, qi­tə­lə­ri və öl­kə­lə­ri möh­tə­şəm bu­daq­la­rı ara­sı­na ala­caq olan çi­na­rın kö­kü tor­pa­ğa ya­yıl­ma­ğa baş­la­yıb. Be­lə ki, bu çi­na­rın köl­gə­si al­tın­da bü­tün in­san­lıq Əs­ri-Sə­a­dət­dən son­ra bir da­ha gö­rüb xə­yal edə bil­mə­di­yi bir şə­ra­it­də tam al­tı əsr bo­yun­ca ya­şa­yıb.

Ər­toğ­rul Qa­zi və­fat et­dik­də Os­man­lı bəy­li­yi Qa­ra­ca­dağ, Sö­yüd­lü, Do­ma­niç və ət­ra­fın­da­kı 4800 kv. ki­lo­metrlik bir tor­paq sa­hə­si­nə sa­hib idi. Ər­toğ­ru­lun və­fa­tın­dan son­ra üç böl­gə­də yer­lə­şən Oğuz tay­fa­la­rı­nın it­ti­fa­qı ilə, Ka­yı bo­yun­dan ol­du­ğu üçün Os­man bəy Bö­rü Bu­du­nun kö­mə­yi ilə bü­tün tay­fa­la­rın sa­yə­sin­də Bi­zans im­pe­ri­ya­sı ilə mü­ba­ri­zə­yə baş­la­yıb. Be­lə­cə, Səl­cuq­lu Sul­ta­nı­nın gön­dər­di­yi ha­ki­miy­yət rəmzlə­ri­ni alan Os­man Qa­zi bəy­li­yin və ya­xın­lıq­da yer­lə­şən əra­zi­lə­rin əha­li­si­ni Bi­zans və di­gər bəy­lik­lə­rin hü­cu­mun­dan, iş­ğa­lın­dan qo­ru­maq­la və­zi­fə­lən­di­rib. O, Sam­sa Ça­vuş, Ak­ça­ko­ca, Ay­kut Alp, Əb­dür­rəh­man Qa­zi ki­mi tay­fa bəy­lə­ri ilə bir­lik­də fəthlə­rə baş­la­yıb. Qı­sa müd­dət­də İnö­nü, Əs­ki­şə­hər, Qa­ra­ca­hi­sar, Yar­hi­sar, İne­göl və Bi­le­cik ki­mi əra­zi­lə­ri zəbt edib. Sul­tan III Əla­əd­din Key­qu­bad isə mon­qol­la­ra qar­şı baş­la­yan uğur­suz Sü­le­miş üs­ya­nın­dan da­ha son­ra qaç­ma­ğa məc­bur olub. Səl­cuq­lu döv­lə­ti baş­sız qal­dı­ğı üçün Os­man Qa­zi müs­tə­qil­li­yi­ni elan edib.

Ər­toğ­rul bəy­dən oğ­lu Os­ma­na mi­ras qa­lan 4800 kv. ki­lo­metrlik bəy­lik 43 il ər­zin­də üç də­fə bö­yü­yə­rək 16 min kv. ki­lo­metrlik bir əra­zi­yə çev­ri­lib. Os­ma­nın oğ­lu Or­xan Qa­zi­nin ha­ki­miy­yə­ti il­lə­rin­də döv­lə­tin əra­zi­si 95 min kv. ki­lo­metr olub. Mu­rad Xu­da­vən­di­ga­rın ha­ki­miy­yə­ti döv­rün­də döv­lə­tin əra­zi­si 500 min kv. ki­lo­met­rə yük­sə­lib. Ar­tıq tay­fa bir­li­yin­dən bəy­lik bir­li­yi­nə qə­dəm qo­yan Os­man­lı döv­lə­ti im­pe­ri­ya ol­maq üçün ha­zır idi. Bi­zanslı­lar­la sa­va­şa­raq öz əra­zi­lə­ri­ni ge­niş­lən­di­rən Ər­toğ­rul Qa­zi­nin və­fa­tın­dan son­ra ye­ri­nə ke­çən oğ­lu Os­man Qa­zi 43 il­lik ha­ki­miy­yə­ti döv­rün­də əra­zi­lə­ri­ni ge­niş­lən­di­rə­rək bö­yük bir döv­lət ha­lı­na gə­ti­rib və onu oğ­lu Or­xan Qa­zi­yə təs­lim edib.

Türklə­rin dün­ya­ya ya­yıl­ma­sı­nın müx­tə­lif sə­bəb­lə­ri olub. Bun­lar­dan ən baş­lı­ca­sı türklə­rin "Ca­han ha­ki­miy­yə­ti" ide­a­lı­dır. Bi­lin­mə­yən üfüq­lə­rə doğ­ru yü­rüş et­mək, hər an qar­şı­ya çı­xa bi­lə­cək təh­lü­kə­lə­ri göz önü­nə al­maq və ölüm-di­rim mü­ca­di­lə­si ver­mək hər han­sı bir mil­lə­tin risq edə­cə­yi bir iş de­yil. Türklə­rə nə­sib olan bu ru­hi dav­ra­nış, ira­də, cə­sa­rət əz­mi son­da on­lar­da bir fa­teh­lik fəl­sə­fə­si for­ma­laş­dı­rıb, əda­lə­tə da­ya­nan bir "Ca­han ha­ki­miy­yə­ti" ide­ya­sı­nı do­ğu­rub.

Ər­toğ­rul Qa­zi si­ya­si və hər­bi cə­sa­rə­ti, igid­li­yi və zə­ka­sı­nın nə­ti­cə­si ola­raq XII əs­rin or­ta­la­rın­da Ana­do­lu­nun bö­yük bir bö­lü­mü­nü fəth et­di. Səl­cuk­lu Sul­ta­nı Əla­əd­din Key­qu­ba­dın bu fəthlər nə­ti­cə­sin­də mü­ka­fat ola­raq Do­ma­ni­çi, Sö­yüd­lu və ət­ra­fı­nı ona yurd-mülk ola­raq ver­mə­si­lə yaz ay­la­rı­nı Do­ma­niç yay­la­rın­da, qış ay­la­rı­nı Sö­yüd­lü­də ke­çi­rən Ər­toğ­rul qa­zi Səl­cuk­lu döv­lə­ti­nin şi­mal-qərb sər­həd­lə­ri­ni qo­ru­yub, asa­yi­şi tə­min edib. Do­ma­niç, Sö­yüd­lü və ət­ra­fı­na ha­kim ol­duq­dan son­ra Bi­zan­sın sər­həd boy­la­rın­da olan di­gər üç bəy­lə­ri ilə bir­lik­də ci­had­la məş­ğul ol­ma­ğa da­vam edib

Ər­toğ­rul Qa­zi rəh­bər­li­yi dö­nə­min­də təd­bir­li və eh­ti­yat­lı bir si­ya­sət iz­lə­yib. Ət­ra­fın­da olan türkmən bəy­lik­lə­ri və Bi­zans rəh­bər­lə­ri ilə da­im yax­şı ke­çi­nib, on­la­rın və­ziy­yət­lə­ri­ni və si­ya­si şərtlə­ri yax­şı də­yər­lən­di­rə­rək rəh­bər­lik et­di­yi əşi­rə­ti­ni və ida­rə­si al­tın­da olan­la­rı sülh və sa­kit­lik için­də ya­şa­dıb. Ər­toğ­rul Qa­zi əm­ri al­tın­da­kı tor­paq­lar­da ya­şa­yan xalq tə­rə­fin­dən çox se­vi­lən və hör­mət edi­lən bir rəh­bər olub. Sö­yüd­lü­də­ki xris­ti­an­lar da Ər­toğ­rul Qa­zi­ni ürək­dən is­tə­yib və ona hör­mət edib­lər. Ər­toğ­rul Qa­zi tut­du­ğu böl­gə­lər­də hü­zur və gü­vən tə­min edib.

Hər bir mil­lə­tin ta­ri­xi bir mis­si­ya­sı var. Türklə­rin ta­ri­xi mis­si­ya­sı dün­ya­ya bir dü­zən, bir əda­lət gə­tir­mək­dir. Dün­ya ta­ri­xi­nin hər sə­hi­fə­sin­də bu və ya di­gər də­rə­cə­də ye­ri olan türklə­rin ha­ki­miy­yə­ti dö­nə­min­də kö­lə­lik ol­ma­yıb. Ək­si­nə, türklər ha­ki­miy­yət­lə­ri al­tı­na al­dıq­la­rı xalqla­ra föv­qə­la­də par­laq dövrlər ya­şa­dıb­lar. On­lar yal­nız ay­rı-ay­rı xalqla­rı öz ha­ki­miy­yə­ti al­tın­da sax­la­maq­la ki­fa­yət­lə­nib, on­la­rın nor­mal hə­yat tərzlə­ri­nə, adət-ənə­nə­lə­ri­nə, din­lə­ri­nə hör­mət­lə ya­na­şıb­lar. Uca Tan­rı­nın qır­man­cı Atil­la­nın: "Tək ata­ya və ir­qə da­ya­nan bir mil­lət zə­if­dir. Bi­zə qa­tıl­maq is­tə­yən bü­tün ya­ban­çı­la­ra qu­caq aç­maq, on­la­ra say­qı gös­tər­mək, di­li­mi­zi, adət-ənə­nə­mi­zi öy­rət­mək bi­zim və­zi­fə­miz­dir" söz­lə­ri­nə bü­tün ta­rix bo­yu əməl edi­lib

Ər­toğ­rul Qa­zi ət­ra­fın­da olan bəy­lik­lər­dən döv­lət­lə­rin və­ziy­yət­lə­ri­ni və si­ya­si şərtlə­ri­ni yax­şı də­yər­lən­di­rib. Qon­şu­la­rı ilə da­im yax­şı ke­çi­nə­rək tay­fa və ya­xın­la­rı­nı güc­lü bir və­ziy­yət­də, əmi­na­man­lıq və ra­hat­lıq içə­ri­sin­də ya­şa­dıb. Çox co­mərd olan Ər­toğ­rul bəy ka­sıb­la­ra da­im yar­dım edər­di. Ya­rım əsr əda­lət­lə ida­rə et­di­yi böl­gə­də is­la­miy­yə­ti xris­ti­an­la­ra da sev­di­rib

Ər­toğ­rul Qa­zi oğ­lu Os­man Qa­zi­yə ki­çik bir bəy­lik, təc­rü­bə­li ko­man­dan­lar və fət­hə la­yiq bir zə­min ya­rat­mış­dı. Ər­toğ­rul Qa­zi hə­qi­qi bir türkmən əsil­za­də­si olub, hə­ya­tı­nı mil­lə­ti­nə həsr et­miş bö­yük bir inanc ada­mı idi. Onun hə­ya­tı əşi­rə­tin ida­rə­si­ni əli­nə al­dı­ğı gün­dən bə­ri da­im mü­ca­di­lə için­də ke­çib. Ər­toğ­rul Qa­zi co­mərd, şəf­qət­li, fə­da­kar, adil, mər­hə­mət­li, açıq ürək­li, sə­mi­mi, səbrli və fə­zi­lət­li bir in­san idi. O, xe­yir­se­vər­li­yi ilə ya­na­şı, gö­zəl əx­laq nü­mu­nə­si, qüd­rət­li, prin­sip­li və dü­rüst ida­rə an­la­yı­şı, irə­li gö­rüş­lü­yü və tə­sir­li döv­lət adam­lı­ğı ki­mi xü­su­siy­yət­lə­ri­lə özün­dən son­ra­kı döv­lət rəh­bər­lə­ri­nə nü­mu­nə olub. Oğ­lu Os­man Qa­zi­yə et­di­yi və­siy­yə­ti ilə al­tı əsr bo­yun­ca ayaq­da qa­la­caq bir döv­lə­tə ida­rə­çi­lik ru­hu­nun tə­mə­li­ni atıb.


Geri qayıt