Üç pəncə

Üç pəncə

Üç pəncə - Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında “Üç pəncə” yallısını düzəldir, qurur.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda və onun əhatə etdiyi kəndlərdə “Üç pəncə” yallısı  maraqla ifa edilir.

Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs iki hissəlidir.

Sakit və yeyin hissələrdən ibarətdir.

Geri qayıt