MİLLİ RƏQSLƏR - YALLI

MİLLİ RƏQSLƏR - YALLI

Yallı -  ibtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” – cərgədir, zəncir  xəttidir. “Yallı”nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar.

Ənənəvilik və adət formasını almış yallılar iki şəkildə - rəqs və oyun yallısı olmaqla zaman keçdikcə cilalanmış, yeni boyalarla zənginləşmiş, yeni hərəkətləri özündə birləşdirərək bu günümüzə gəlib çatmışdır. 100-ə qədər növü olan yallılardan bir qisminin yaranma məkanı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağıdır. Əsrlərin qaynağından süzülüb gələn, milli varlığımız sayılan yallılardan “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Hağışda”, “Zarı-zarı” və s. bu qəbildəndir.

Geri qayıt