Burla xatun

Burla xatun

Burla - türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavərdir. Döyüşçü qadın motivini işarələyir Yanında qırx döyüşçü qız dilbəri vardır. "Boyu uzun Burla xatun" və "Saçı uzun Sırma xatun" şəklində başqa bir xarakterlə birlikdə əfsanələrdə adı keçər. Qorqud Ata əhvalatlarında da iştirak edər. Sırma Xatun isə gözəlliyi simvollaşdırır.

Boyu uzun Burla xatun, "Kitabi-Dədə Qorqud" əsərində xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımıdır. "Boyu uzun Burla xatun" antroponim modeli "Boyu uzun" ləqəbi, "Burla" şəxs adı və "xatun" titulundan ibarətdir. "Boyu uzun" gözəllik rəmzidir.

Burla sözü(Bur) kökündən törəmişdir. Bura/Burçin (maral) və bürcü (ətir) sözləri ilə eyni kökdən gəlir. Burlanmaq feli gəzmək, dolanmaq deməkdir. Üzüm salxımı mənasını verdiyi də deyilir. "Burla" antroponiminin etimoloji izahı bir neçə cəhətdən verilir.


Geri qayıt