Bildiyimiz kimi, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın-Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasında " Azərbaycan Xalq Cumhuriyyəti İli"nin elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

Bu münasibətlə "Turan Araşdırma Mərkəzi" tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Belə ki, 16 iyul saat 12.00 – da Azərbaycan Atatürk Mərkəzində "Azərbaycan Xalq Cumhuriyyəti 100" mövzusunda "Turan Araşdırma Mərkəzi" İB-nin (Azərbaycan) təşkilatçılığı və "İstanbul Azərbaycan Kültür Evi" (Türkiyə) dərnəyinin geniş tərkibdə iştirakı ilə birgə beynəlxalq elmi praktik konfrans keçiriləçək.

Eyni zamanda, konfrans iştirakçılarına Azərbaycanın tarixi keçmişini, milli – mədəni dəyərlərimizi tanıtmaq, regionların sosial – iqtisadi inkişafı ilə yaxından tanış etmək məqsədilə bəzi bölgələrə səfər ediləcək.

Tədbirin informasiya dəstəyi ONN və Olaylar İnformasiya Agentliklərinə məxsusdur.
Konfransda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi +99450-310-22-54

Çap et