Qarabağda türk qanı içib quduzlaşaraq yırtıcılaşmış M.S.Qorbaçovun əmrilə rus ordusunun hərbi texnikası və canlı qüvvəsi tərəfindən aparılan döyüş əməliyyatlarında yazılmış "Qanlı Qarabağ tarixi"ndən qürrələnən, işğalçı ordunun daim arxasında dayanacağına inanan "dişi şirəyə batmış" başıpozuq erməni hərbçilərinin, xüsusən cahil yeni müdafiə naziri David Tonoyan Araz və Kürün qovuşduğu ərazilərədək "yeni torpaqlar" işğal edəcəyi barədə verdiyi sərsəm bəyanat kilsənin tərtib etdiyi "Böyük Armeniya" mifinin uydurma "Şərq əraziləri"nə işarə idi. Ancaq o, unudur ki, nə Azrbaycan dünənki Azərbaycandı, nə də ordumuz güclü vahid komandanlığı olmayan dünənki ayrı-ayrı könüllü dəstələrdən ibarətdir. Erməni nazirinin son hədələrindən anlaşılan budur ki, əgər onun hərbi təcrübəsi olsaydı, ona arxadan "massa" verən qüvvələrin dili ilə sərsəmləməzdi, onların qarşısında günahsız xalqını qırğına aparacaq pafoslu bəyanatla Don Kixot yolunu tutmazdı. Neçə ki, gec deyil, erməni nazir məkrli erməniçiliyindən əl çəkməlidir, təcrübəli rus istehkamçılarının 23 il əvvəl Lələtəpədə çəkdikləri "alınmaz qala" hesab etdikləri səddi 2016-cı il dördgünlük aprel döyüşləri zamanı təqribən 40 dəqiqəyə darmadağın edən Azərbaycan Ordusunun qüvvəsini sağlam ağılla qəbul etməlidir. Əks halda, hərbi nazirimiz general polkovnik Zakir Həsənovun cavab bəyanatı tarixə çevriləcək, dövlətçiliyini, bayrağını, hər qarış Vətən torpağını candan sevən igidlərimiz 29 noyabr 1920-ci ildə işğalçı rusların qədim Azərbaycan torpaqlarında təşkil etdikləri "Erməni Respublikası"nın daşını-daş üstündə qoymayacaq, babamız Rəvanqulu xanın əmanətini- qədim İrəvan şəhərini murdarlardan təmizləyəcək!!!

Qaya kölgəsində yatan "İşkil"(polşalı erməni yepiskopu Simeon Lehatsi. Tərcüməsi "Səllim itlər") törəmələri, unutmayın, sizlər "qalib" deyilsiniz, özünüz öz əməlinizlə İrəvan Oğuz-Türk yaylasının coğrafiyasından silinəcəksiniz!

 

                                                                                                                                                                      Əjdər Tağıoğlu

                                                                                                                                            professor,"Turan Araşdırma Mərkəzi"ib-nin sədri.

Çap et